Dünya

Ukrayna ağır silah və hərbi texnika istehsal edəcək: NATO ölkələri ilə birlikdə

Ukraynanın “Ukroboronprom” dövlət konserni ən azı altı NATO üzvü ölkə ilə birlikdə ağır silah və hərbi texnika istehsal edəcək. Bu barədə dövlət konserninin saytında yerləşdirilən məlumatda bildirilib. “Ukrayna NATO-nun hərbi-sənaye kompleksinə inteqrasiya edir. “Ukroboronprom” Alyansın ən azı 6 üzvü ölkəsi ilə birlikdə ağır silahlar və hərbi texnika istehsal edib inkişaf etdirəcək”, – deyə məlumatda qeyd […]

Dünya

Polşa Rusiya nümayəndə heyətini ATƏT-in nazirlər toplantısına buraxmayacaq

Polşa Rusiya nümayəndə heyətini gələn ay Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər toplantısına buraxmayacaq. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukaş Yasina müvafiq sualı cavablandırarkən bildirib. O, Rusiyanın üzvü olduğu ATƏT-in dekabr iclasına Moskvanın buraxılmasına icazə verilməyəcəyi ilə bağlı məlumatı təsdiqləyib. Qeyd edək ki, Ukrayna da həmçinin bu təşkilatın üzvüdür. Bu il Polşa […]

Dünya

2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb

2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb. 2022-ci ildə bütün Avropa ölkələrinə təsir edən inflyasiya fonunda ən ucuz səyahət ediləcək Avropa ölkələrindən Rumıniya, Portuqaliya və Sloveniya ilk yerlərdədir ki, burada turistlər az xərclə çox yerləri gəzib görə bilər. Siyahıda həmçinin Macarıstan var ki, burada ən ucuz bir gecəlik mənzillər 16 dollardan […]

Dünya

Ukrayna dronu Donbassda əsgəri əsir götürdü – VİDEO

Ukrayna hərbçiləri bütün mümkün texnikadan istifadə edərək rusiyalılara qarşı mübarizəni davam etdirir. Bu mübarizədə dronlar böyük rol oynayır. Ukrayna dronlarının havada döyüşünü əks etdirən videodan sonra indi də başqa bir dron görüntüsü yayımlanıb. Videogörüntüdə Ukrayna dronu Donetsk istiqamətində “Vaqner” əsgərini əsir götürür. Video könüllü Serqey Pritula tərəfindən paylaşılıb. Görüntülər ona 54-cü Xüsusi Mexanikləşdirilmiş Briqadanın K2 […]

Dünya

Aİ-nin dondurduğu Rusiya aktivlərinin həcmi açıqlandı

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında Avropa İttifaqı (Aİ) Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub. Aktivlərin əksəriyyəti Belçikada yerləşir. İlkin hesablamalara görə, burada təxminən 50 milyard avro dondurulub. İkinci yerdə 5,5 milyard avro ilə Lüksemburqdur. İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransa (həmçinin Belçika – red.) ilə birlikdə dondurulmuş aktivlərin 90%-dən çoxu bu dövlətlərin payına düşür. […]

Dünya

Berlin Zooparkı quş qripinə görə gözlənilmədən bağlandı

Berlin Zooparkı gözlənilmədən qapılarını ziyarətçilərin üzünə bağlayıb. Buna səbəb həftənin əvvəlində ölən bir quşa quş qripi diaqnozunun qoyulması olub. 2019-cu ildə 3,7 milyondan çox qonaq qəbul edən zoopark ziyarətçilərin üzünə nə vaxt açılacağı barədə məlumat verməyib. “Biz dərhal genişmiqyaslı karantin tədbirlərinə başladıq. Demək olar ki, bütün quşlar, o cümlədən pinqvinlərimiz arxa qəfəslərə və ya tövlələrə […]

Dünya

Rekord gümüş qıtlığı proqnozlaşdırılır

“Silver Institute” (Gümüş İnstitutu) onilliklər ərzində rekord gümüş qıtlığını proqnozlaşdırır. Bu il gümüşə qlobal tələbatın 16 faiz artaraq 1,21 milyard unsiyaya çatacağı deyilir. Nəticədə, bu metalın çatışmazlığı onilliklərin rekordunu yeniləyəcək. Avtomobil istehsalçıları tərəfindən gümüş istehlakı artıb, baxmayaraq ki, sektor ümumi gümüş tələbatının yalnız beş faizini təşkil edir. Günəş panellərinin istehsalı ümumi tələbatın təxminən 10 faizini […]

MARAQLI

Özbək müəllim şagirdlərin dəftərində nə gördüsə, hamısını bir-bir qapazladı – VİDEO

Özbəkistanda müəllim uşaqlara fiziki güc tətbiq edib. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Kadrlardan aydın olur ki, ibtidai sinif müəlliməsi şagirdlərinin dəftərlərini yoxlayandan sonra əsəbiləşib və qız, ya oğlan fərq etmədən hamısının başına vurub. Hadisə Buxara rəhbərliyinin diqqətini çəkib. Görüntülər sosial şəbəkədə qəzəblə qarşılanıb. “Kameranın olması yaxşıdır. Əks halda sübut etmək mümkün olmazdı”, “Həyasızlığı təəccübləndirir, hamının […]

Dünya

Kanada baş naziri Asiya ölkəsi liderinə “corab müharibəsi” elan etdi – FOTO

Kanada baş naziri Asiya ölkəsi liderinə “corab müharibəsi” elan edib. Filippin Prezidenti Bonqbonq Markos Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Kanadanın Baş naziri Castin Trüdo ilə “corab müharibəsi”ndən bəhs edib. Siyasətçi “Twitter”də Kanada lideri ilə birgə fotosunu yerləşdirib. “Bu arada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitinin kuluarlarında deyəsən, corab döyüşü gedir!”, – deyə Markos paylaşıma yazdığı […]

Dünya

Rusiya ABŞ-la yüksək səviyyədə danışıqlara hazır olduğunu bəyan etdi

“Rusiya nüvə silahının yayılmaması ilə bağlı yeni sazişi nəzərdən keçirməyə hazırdır”. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov dövlət KİV-nə müsahibəsində bildirib. “Əgər Vaşinqton hazırdırsa, Rusiya ABŞ ilə yüksək səviyyədə strateji sabitlik görüşlərinə hazırdır”, – deyə o qeyd edib. Ryabkov həmçinin bildirib ki, Rusiya Qahirədə keçiriləcək strateji hücum silahları müqaviləsi ilə bağlı qarşıdakı […]