Cəmiyyət

90 yaşlı sahibsiz qadın çarəsiz durumda – VİDEO

90 yaşlı Nigar Hüseynova baxımsız və kimsəsiz qalmasından şikayətlənir.  Ahıl qadın deyir ki, heç vaxt ailə həyatı qurmayıb. Uşaq vaxtı ayağının birini itirdiyindən illərdir protezlə gəzirmiş. Qardaşları və bacısı dünyasını dəyişib. Qardaşı uşaqları uzun müddət onunla yaşasa da, sonradan onlar da həmin mənzili tərk edib.  N.Hüseynova iddia edir ki, hazırda onunla yaşayan qardaşının həyat yoldaşı […]

Cəmiyyət

Əmmamə altından yayılan “ağ zəhər” – VİDEO

Mütəmadi olaraq sosial mediada və mətbuatda cənub qonşumuzdan ölkəmizə kilolarla narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi haqqında xəbərlər yer alır. Təbii olaraq molla rejimi sərt fətvalarla bu cür xəbərləri təkzib etməyə çalışsa da, “ağ zəhər”in küləyi ölkəmizin cənub sərhədindən keçməyi bacarır. İran rejiminin din pərdəsi altında müxtəlif ölkələrdən aldığı narkotik maddələri “ən yaxınları”na satışı isə […]

Dünya

Ərdoğana Özbəkistanda İmam Buxari ordeni təqdim edildi

Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdən sonra Özbəkistan dövlət başçısı Ərdoğana İmam Buhari ordenini təqdim edib. “Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam […]

Siyasət

Sülhməramlıların xoruzu qoltuğuna verilir? – VİDEO

Gah Laçın dəhlizi ilə Qarabağdakı qanunsuz erməni birləşmələrinə silah daşıyırlar, gah başlarından böyük qələt edib, Fərrux kəndinə müşahidə kameraları yerləşdirməyə cəhd edirlər, gah da erməni qızları ilə günlərini keçirirlər. Rəsmi adı sülhməramlı olan, lakin sülhü təmin etməkdən başqa hər hoqqadan çıxan bu terrorməramlıların “buraxdığı quşlar” saymaqla bitmir. Gəlin 10 noyabrda imzalanan kapitulyasiya aktının 4-cü bəndini […]

İqtisadiyyat

“Silk Way West Airlines” yeni “Boeing 777-8F” yük təyyarələrinə sərmayə qoyur

“Silk Way West Airlines” gələcəkdə yükdaşıma qabiliyyətini artırmaq üçün müqavilə imzalayaraq, yüksək artım tempini azaltmaq niyyətində olmadığını nümayiş etdirir. Oxu.Az xəbər verir ki, Azərbaycanın yükdaşıyıcısı “Boeing” şirkəti ilə iki 777-8F yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların tədarükü 2029-2030-cu illərdə planlaşdırılır. Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. “Silk Way […]

Dünya

Ukrayna Xersonun bəzi ərazilərini azad etdi – VİDEO

Ukrayna Xerson vilayətinin bəzi ərazilərini azad edib. Bu barədə UNIAN-ın “Telegram” kanalında məlumat verilib. Bununla bağlı paylaşılan videolarda Ukrayna Silahlı Qüvvələrinin Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərinə bayraq sancdığı görünür. Qeyd edilir ki, məlumatın Ukrayna Baş Qərargahı tərəfindən təsdiq olunması gözlənilir. Xeberal.az

İdman

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub – FOTO

Futbol üzrə İngiltərə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Oxu.Az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautgeyt 26 oyunçuya dəvət göndərib. Qapıçılar: Cordan Pikford (“Everton”), Nik Poup (“Nyukasl”), Aaron Ramsdeyl (“Arsenal”) Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Lyuk Şou, Harri Maquayr (hər ikisi “Mançester Yunayted”), Kiran Tripyer (“Nyukasl”), […]

Siyasət

Ekspert: “Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa edir”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa etməklə yanaşı, ölkənin müdafiə potensialını gücləndirməkdə davam edir”. Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko bildirib. “Son iki ildə Azərbaycan iqtisadi və müdafiə potensialını ciddi şəkildə gücləndirib. İşğaldan azad edilmiş ərazilərdə biz dirçəliş, irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsini görürük. […]

Dünya

Almaniya yığmasının 2022-ci il dünya çempionatı üçün heyəti açıqlandı

Almaniya millisinin 2022-ci il dünya çempionatı üçün heyəti açıqlanıb. Turnir noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Hansi Flikin final heyətinə 26 futbolçu daxil edilib. Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”), Kevin Trapp (“Ayntraxt Frankfurt”), müdafiəçilər: Armel Bella-Koçap (“Sauthempton”), Mattias Ginter, Kristian Günter (hər ikisi “Frayburq”), Tilo Kerer (“Vest Hem”), Lukas Klostermann, David Raum […]

Cəmiyyət

Azərbaycandan Rusiya bazarlarına xurma daşıyan maşınlar sərhəddə gecikir – FOTO

Zaqatala rayonunda xurma yığımına başlanılıb. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan xurmaçılıq şimal-qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Zaqatala və Balakən rayonlarında xurma bağları çoxluq təşkil edir. Bu məhsul isə fermerlər tərəfindən Rusiya bazarlarına çıxarılır. Əvvəlki illərlə müqayisədə bu il fermerlər məhsul satışında problemlə üzləşiblər. Bu barədə “Report”un Şimal-qərb bürosuna xurmaçılıqla məşğul olan fermerlər məlumat veriblər. […]