AKTUAL

“Sipark” şirkəti vətəndaşları dövlətə qarşı qaldırır: Rəhbəri isə qaçıb gizlənib – VİDEO

“Sipark” şirkətinə qarşı növbəti dəfə etiraz aksiyası keçirilib.Nərimanov rayon sakinləri deyir ki, 6 ilə yaxındır pilot layihə adı ilə sökülən evlərinin yerində bina tikilmir. “Kirayə pulları vaxtı-vaxtında verilmir, evimiz tikilmir. 5 ildir biz bu yollardayıq, get-gəl, get-gəl. Ölən öldü, qalan qaldı. Camaat zülm, əziyyət çəkir. İndi də qış gəlir qarşıdan”, – şikayətçi deyir. Xəbəral.az

MARAQLI

“Wi-Fi”ı günəş işığı ilə əvəz edən texnologiya hazırlanır – FOTO

Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri gələcəkdə “Wi-Fi” texnologiyasına alternativ kimi istifadə oluna bilən ağıllı pəncərələr yaradıblar. Smart şüşələrdən (DLS) biznes mərkəzləri və digər ofis binaları kimi böyük pəncərəli idarələrdə üçün nəzərdə tutulub. Ağıllı şüşələrin mühüm üstünlüyü aşağı enerji istehlakıdır – “Wi-Fi”-routerlərin 5-20 vattına qarşı bir vatt. Bununla belə, onların da böyük çatışmazlığı var […]

İdman

UEFA qadınlar üçün Millətlər Liqasını təsis etdi

UEFA İcraiyyə Komitəsi Olimpiya Oyunlarının təsnifat turnirinə çevriləcək, həmçinin Avropa və Dünya Çempionatlarına vəsiqə qazanılmasına təsir göstərəcək qadınlar arasında Millətlər Liqası turnirini təsis edib. Yarışın ilk püşkatma mərasimi 2023-cü ilin payızında olacaq. Turnirdə dörd ildən bir Olimpiya Oyunlarına gedəcək üç Avropa komandası müəyyənləşəcək. Millətlər Liqasının yekun reytinqi, eləcə də pley-off mərhələsi komandaların Avropa təsnifat mərhələsində […]

Dünya

İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”

İspaniyanın iki böyük həmkarlar ittifaqı Madriddə maaşların artırılması tələbi ilə nümayiş keçirib. Buna səbəb yüksək inflyasiya və yaşayış dəyərinə qarşı maaşların artırılması istəyi olub. Fəhlə Komissiyaları Birliyinin və Ümumi Fəhlə Həmkarlar İttifaqının çağırışı ilə ölkənin hər yerindən Madridə fəhlələr gəlib. Onlar “Bu böhranın hesabını işçi sinfi ödəməyəcək”, “Ya maaş artımı və ya münaqişə” şüarlarını səsləndirib. […]

İdman

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub – VİDEO

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Bununla da növbəti mərhələnin bütün iştirakçıları bəlli olub. Qruplarında ilk pilləni tutan komandalar 1/8 finala, 2-ci yerin sahibləri 1/16 finala yüksəliblər. Qrupu 3-cü sırada başa vuranlar isə Konfrans Liqasının pley-offunda iştirak hüququ qazanıblar. UEFA Avropa Liqası Qrup mərhələsi, VI tur 3 noyabr A qrupu “Arsenal” (İngiltərə) – “Sürix” […]

Dünya

Bezosun keçmiş xadiməsi onu məhkəməyə verdi

“Amazon”un qurucusu və dünyanın ən zəngin adamlarından biri olan Ceff Bezosun keçmiş xadiməsi Mercedes Vedaa onu əhkəməyə verib. Xanım iş adamının əməkdaşları tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığına və fasilə olmadan antisanitar şəraitdə işlədildiyini bildirib. Vedaa 2019-cu ilin sentyabr ayından “Amazon”un heyətində olduğunu, bəzən gündə 10-14 saat işlədiyini, beş-altı ev işçisi qrupuna nəzarət etdiyini iddia edib. […]

Dünya

İsveçrə sakinlərinə qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərildi – VİDEO

İsveçrə sakinlərinə qarşıdan gələn qışdan necə “sağ çıxacaqlarına” dair təlimatlar göndərilib. Ölkənin Energetika Nazirliyi işıq, su və elektrik enerjisi olmayacağı halda artıq üç mərhələli plan hazırlayıb. Bildirilir ki, hökumət ekstremal tədbirlər görməyə hazırdır. Bu tədbirlərə trolleybus və qatar kimi elektrik nəqliyyat vasitələrinin söndürülməsi də daxildir. Şiddətli şaxta olarsa, qənaət məqsədilə elektrik enerjisindən üç günlük imtina […]

Dünya

Yerdə təbii “karbon bombası” tapıldı

Yeni tədqiqatlar Konqonun torf meşələrinin iqlim böhranına səbəb ola biləcək nəhəng bir “karbon bombası” olduğunu göstərib. Belə ki, torf meşələri karbon qazını saxlamır, onu atmosferə buraxır. Elm adamları qlobal istiləşmənin iqlim böhranını sürətləndirərək bu ərazilərdəki kövrək sistemi təhlükə altına qoya biləcəyidən narahatdırlar. Qeyd edək ki, Konqo Demokratik Respublikası və Konqo Respublikasını əhatə edən torflu ərazilər […]

Dünya

Səudiyyə Ərəbistanı ilk elektromobil markasını təqdim etdi

Səudiyyə Ərəbistanı krallığın elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşan ilk avtomobil markası olan “Sir”i təqdim edib. Bu barədə cümə axşamı krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib. Məlumata görə, “Sir” həm yerli istehlakçılar üçün, həm də Yaxın Şərqdə satış üçün avtomobillər istehsal edəcək.  Layihənin 150 milyon dollar həcmində xarici investisiya cəlb edəcəyi, 30 minə yaxın […]

Dünya

Şimali Koreya Yaponiya dənizinə doğru daha üç raket atıb

Cümə axşamı Şimali Koreya Yaponiya dənizinə doğru daha üç raket atıb. Ehtimallara görə, onlardan biri “Hvason-17” qitələrarası ballistik raketi, digər ikisi isə qısa mənzilli raketlər olub. Qeyd edək ki, Koreya yarımadasındakı vəziyyət bazar ertəsi ABŞ və Cənubi Koreyanın 240-a yaxın təyyarənin iştirakı ilə hərbi təlimlərə başlaması ilə gərginləşib. Elə həmin gün Pxenyan “müharibə üçün məşq” […]