Siyasət

Prezident: “Torpaqlarımızın işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. “Biz həmin müddətdə İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstəyini gördük”, – deyə […]

Mədəniyyət

28 yaşlı məşhur reper boulinq oynayarkən güllələndi – FOTO

“Takeoff” təxəllüsü ilə tanınan reper Kerşnik Kari Ball aldığı güllə yarasından dünyasını dəyişib. Cinayət o, Hyustonda (Texas, ABŞ) boulinq klubda olarkən baş verib. 28 yaşlı reper hadisə yerində ölüb. “Takeoff” “Quavo” və “Offset”in də daxil olduğu “Migos” hip-hop triosunun ən gənc üzvü idi. Qrup 2013-cü ildə “Drake” tərəfindən remiks edilmiş “Versace” sinqlı buraxıldıqdan sonra məşhurlaşıb. […]

Dünya

İraq hökuməti 2021-ci ilin oktyabr ayından bəri verdiyi bütün fərmanları ləğv etdi

İraq Nazirlər Kabineti 2021-ci il oktyabrın 8-dən sonra verilən bütün fərmanları ləğv edib. Məlumata görə, bu qərar Ən-Nəcəf, Zi-Qar, Babil və Salahəddin əyalətlərinin qubernatorlarının təyin edilməsi haqqında, eləcə də İraq kəşfiyyat xidmətinin rəhbərinin və milli təhlükəsizlik aparatının rəhbərinin təyin edilməsi haqqında fərmanlara aiddir. Qərarın səbəbləri barədə məlumat verilməyib. Mənbə: TASS Xeberal.az

İdman

55 yaşlı futbolçu peşəkar karyerasında vurduğu qolla dillərə düşdü – VİDEO

Futbol üzrə Yaponiya milli komandasının sabiq hücumçusu, 55 yaşının olmasına baxmayaraq, hələ də peşəkar karyerasını davam etdirən Kazuyoşi Miura növbəti dəfə adından söz etdirib. O, Yaponiya çempionatının dördüncü divizionunda penaltidən fərqlənib. Miura vurduğu qoldan sonra qələbə sevincini özünəməxsus şəkildə qeyd edib.   Qeyd edək ki, 1967-ci il təvəllüdlü Kazuyoşi Miura Yaponiya millisindən əlavə, İtaliyanın “Genoa”, […]

Dünya

Polşada vətəndaşlar müharibəyə hazırlaşır

Polşa hərbçiləri Ukrayna münaqişəsinin Polşaya sıçrayacağı halda vətəndaşlara necə atəş açmağı və vəziyyətdən necə sağ çıxmağı öyrətməyə başlayıblar. Qeyd olunur ki, polyaklar “Ordu ilə məşq edin” pulsuz təlimlərinə getdikcə daha çox yazılmağa başlayıblar. Dərs bir gün davam edir. Peşəkarlar sıravi vətəndaşlara qumbara atmağı, avtomatla işləməyi, hətta bıçaq və ağcaqayın qabığı ilə ocaq qalamağı nümayiş etdirirlər. Eyni zamanda hərbçilər […]

Dünya

İsveçlə Finlandiyadan Türkiyə və NATO barədə AÇIQLAMA

“İsveç ilə Türkiyə arasında Ankara səfəri ilə bağlı razılıq əldə olunub”. Bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib və səfərin tarixi ilə bağlı daha sonra açıqlama verəcəyini əlavə edib.  İsveçli nazir onu da bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı birgə hərəkət etməsi təbiidir.   Finlandiyanın baş naziri Sanna Marin isə […]

Dünya

Çində “iPhone” istehsalı təhlükə altındadır

Çində dünya üzrə “iPhone” tədarükünün 70 faizini həyata keçirən “Foxconn” şirkəti problemlərlə üzləşib. COVID-19 məhdudiyyətlərinə görə “Foxconn”un Çjençjou zavodu tam gücü ilə fəaliyyət göstərə bilmir. 200.000 işçisi olan şirkətin xeyli sayda əməkdaşları evə göndərilib. Mütəxəssislərin fikrincə, məzuniyyət mövsümü və Yeni il bayramları ərəfəsində istehsal şirkətlərinin hazırda çox iş yükünün olması problemi daha da dərinləşdirir. Bu […]

Dünya

Rihanna altı il sonra musiqiyə qayıtma səbəbini açıqladı – FOTO/VİDEO

Məşhur pop müğənni Rihanna uzun illər sonra musiqiyə qayıtmaq səbəbini açıqlayıb. Belə ki, “Qara Pantera: Əbədi Vakanda” (“Black Panther: Wakanda Forever”) layihəsinin saundtreki ilə altı illik fasiləyə son verən aktrisa bunu 2020-ci ildə onkoloji xəstəlikdən vəfat edən Çedvik Bouzmanın xatirəsini yad etmək üçün etdiyini bildirib. Sözügedən filmin rejissoru Rayan Kuqler mahnının ifası üçün məhz Rihannanın seçilməsinin […]

MARAQLI

Evində isti geyinən yaponlara bonus veriləcək

Yaponiya hökuməti ev təsərrüfatlarından və təşkilatlardan qış mövsümündə elektrik enerjisinə qənaət etmələrini istəyib. Yaponlardan göstərilən müddət ərzində bütün lazımsız elektrik cihazlarını və işıqlandırmanı söndürmələri, həmçinin evdə isitmə temperaturunu azaltmaq üçün isti paltar geyinmələri xahiş olunub. Qeyd edək ki, Yaponiyada isitmə üçün əsasən məişət kondisionerlərindən istifadə olunur. Sakinlərin qənaətə təşviq etmək üçün həvəsləndirici tədbirlər də nəzərdə […]

İdman

Çempionlar Liqası: “Portu” qrup qalibi oldu, “Atletiko” avrokuboklarla vidalaşdı – VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start verilib. Artıq B qrupunda mübarizəyə yekun vurulub. Portuqaliyada İspaniyanın “Atletiko” (Madrid) komandasına 2:1 hesabı ilə qalib gələn “Portu” 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb. Almaniyada “Bayer”lə qolsuz heç-heçə edən Belçika “Brügge”si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup […]