İdman

Çempionlar Liqası: Modriç rekorda imza atdı, “Leypziq” pley-offa çıxdı – VİDEO

Bu gün UEFA Çempionlar Liqasında  qrup mərhələsinə yekun vurulacaq. VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək. Oxu.Az xəbər verir ki, 8 qarşılaşmadan ikisi artıq başa çatıb. F qrupunda əsas diqqət Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Leypziq” komandaları arasında oynanılan görüşə yönəlib. Məhz burada növbəti mərhələyə adlayacaq klubun adına […]

Cəmiyyət

Masazırda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrilib – VİDEO

Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbinin həyəti sahibsiz itlərin məskəninə çevrilib. Xezerxeber.az-ın məlumatına görə, valideynlər deyirlər ki, övladları hər səhər təhlükə ilə üz-üzədirlər. Hətta vəziyyət o yerə çatıb ki, uşaqlar məktəbə gələrkən özləri ilə ağac parçası da gətirmək məcburiyyətində qalırlar. Məktəbin direktor müavini Cəlalə Rzayeva bildirib ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyətiı […]

Siyasət

Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan qazının Avropaya nəqlini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı televiziya proqramında canlı yayımda mühüm açıqlamalar verib. O, bir çox məsələlərlə yanaşı, taxıl dəhlizi və ölkədə qaz qovşağının yaradıması barədə də danışıb. Dövlət başçısı son 24 saat ərzində Rusiya və Ukrayna prezidentlərilə danışıqlar aparıdığını və dəhlizin fəaliyyətini bərpa etdiyini bildirib. Türkiyə Prezidenti ölkədə mümkün qaz qovşağının yerləşəcəyi məkanı da […]

Dünya

Ağ Ev: “Bayden növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir”

ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə çərşənbə günü Ağ Evin böyük müşaviri və prezidentin köməkçisi Anita Dann “Axios” informasiya portalının təşkil etdiyi konfransda bildirib. “Biz bu məsələ ilə bağlı qabaqcadan mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Biz bəzi planlar hazırlayırıq”, – deyə […]

Dünya

Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad edib

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apta Alaudinovu Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. “Alaudinov Aptı Aronoviç 2022-ci il oktyabrın 31-dən öz təşəbbüsü ilə Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin”, – sərəncamda bildirilib. Eyni zamanda, Alaudinov respublika rəhbərinin güc bölməsi üzrə […]

Cəmiyyət

Azərbaycanda hamiləliyə və doğuma görə müavinətlər artırılır

Azərbaycanda hamiləliyə və doğuma görə müavinətlər artırılır. Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir. Sənəddə qeyd edilir ki, növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılmışdır ki, bu da cari ilin proqnoz […]

Siyasət

İranda Azərbaycan Prezidentinə dəstək posterləri yayıldı – FOTO

İranın Təbriz, Ərdəbil və digər şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstək posterləri yayılıb. Bu barədə  “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bu gün Güney Azərbaycan şəhərlərinin müxtəlif yerlərinə vurulan posterlərdə yazılır: “Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır. Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimiz. Biz hər zaman Güney gəncliyi olaraq Azərbaycan cəbhəsindəyik. Vətənimizin o tayı, bu […]

Cəmiyyət

Qəsəbə sakinləri Sumqayıta getmək üçün yol problemi yaşayırlar – VİDEO

Sumqayıt şəhəri, “Tuğ-zavod” qəsəbəsində yaşayanlar şəhər mərkəzi istiqamətinə hərəkət etmək üçün çox çətinlik çəkirlər. Sakinlərin sözlərinə görə, Bakı-Quba yolunun qəsəbənin qarşısından keçən hissəsində bir neçə il əvvəl təmir-pərpa işləri aparılıb. Ancaq qəsəbəyə giriş yolunda geriyədönmə qövsü qoyulmadığından insanlar avtomobillə Ceyranbatan qəsəbəsinə gedib, oradan geriyə dönüş edərək Sumqayıt istiqamətinə hərəkət edirlər. Bununla da sakinlər həm vaxt […]

Dünya

Antalyada zəlzələ olub – FOTO

Türkiyədə zəlzələ baş verib. Respublikanın Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) verilən məlumata görə, hadisə Antalyanın Kumluca rayonunda qeydə alınıb. Baş verən yeraltı təkanların gücü 4,7 bala bərabər olub. Zəlzələ ilə bağlı heç bir dağıntı və tələfat barədə məlumat verilməyib. #DEPREM Büyüklük:4.7 (Mw) Yer:Akdeniz – [68.33 km] Kumluca (Antalya) Tarih:2022-11-02 Saat:20:41:22 TSİ […]