Cəmiyyət

Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun daha bir qardaşı oğlu vəzifəsindən azad edilib.  “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yüksək vəzifədə çalışmış  polkovnik-leytenant Tural Həsənov bir müddət əvvəl öz istəyi ilə vəzifəsindən azad olunub. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. […]

Siyasət

“Əl Cəzirə” azad edilmiş ərazilərimizlə bağlı reportaj yayımladı – VİDEO

Qətərin “Əl Cəzirə“ telekanalı işğaldan azad edilmiş ərazilərimizlə bağlı reportaj yayımlayıb. Videomaterialda bildirilib ki, 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyub. Reportajda sözügedən bölgələrdə infrastrukturun yenidən qurulması istiqamətində görülən işlər, eləcə də minalarla bağlı mövcud problemlər əks olunub. Həmçinin, videomaterialda Şuşa və Xankəndi şəhərləri, eləcə də Laçın dəhlizi haqqında […]

Cəmiyyət

Şəkidə qəzalı məktəbin aqibəti necə olacaq? – VİDEO

Ötən əsrin 70-ci illərində inşa edilən, kənd təsərrüfatı təyinatlı olan binada tingçilik təsərrüfatı ilə məşğul olunub. Bina daha sonra tam orta məktəb kimi fəaliyyətə başlayıb. 140 yerlik məktəbdə hazırda 110 şagird təhsil alır. Məktəb binası 50 ildən artıqdır əsaslı təmir olunmayıb. Uzun illər istismar olunan təhsil ocağı zaman keçdikcə qəzalı vəziyyətə düşüb. Söhbət Şəkinin Çeşməli […]

Cəmiyyət

1 həftə əvvəl şəhid olan Ravilin həyat yoldaşı: “Kirayə qaldığımız yerin sahibi soruşdu ki, evdən çıxırsınız?”

Erməni silahlı birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovdur. Əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil Hümbətov 1987-ci il oktyabrın 10-da dünyaya göz açıb. Ravil Hümbətov Mədəniyyət və İncəsənət Universitetini bitirsə də, meylini hərbi sahəyə yönəldib. Bu ilin mayında könüllü olaraq əməliyyat (komando) hərbi […]

Siyasət

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasının açılışında – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının açılış mərasimində iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib. “BMT üzləşdiyimiz çağırışların öhdəsindən gəlmək üçün mühüm platforma təqdim edir”, – deyə paylaşımda deyilir. The Minister of Foreign Affairs @bayramov_jeyhun attends the opening ceremony of the 77th session of […]

Cəmiyyət

Şəhid Səbuhi Əhmədovun qardaşı: “Yeddi zəngini eşitməmişəm, bəlkə də, cavab versəm…” – REPORTAJ + FOTO

“Başımızı sığallayan anamız yox idi, bir-birimizə sarılırdıq…” “Uşaq evindən çıxandan sonra evsiz qaldıq. Küçədə yatanda səhərə kimi qardaşımın üzünü ovuşdururdum ki, donmasın…” “İki dilim çörəklə, bəzən də təkcə su ilə günü başa vururduq…” Bu sözləri oxuyanda belə, hər kəsin ürəyi dağlanır. Amma təəssüf ki, bu bir nağıl deyil, şəhidin və şəhid qardaşının yaşadığı həyatın təsviridir… […]

Dünya

Rusiyada könüllü təslim olanlar 10 ilədək həbs cəzasına məhkum ediləcəklər

Vətənə xəyanət şübhələri olmadığı halda könüllü təslim olanlar 10 ilədək həbslə cəzalandırılacaqlar. Bu müddəa Rusiya Federasiyasının Cinayət Məcəlləsinə (CM) dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklər bir qrup deputat (bütün fraksiyaların nümayəndələri) və senatorlar tərəfindən Dövlət Dumasına təqdim edilib. Düzəlişlər dumanın elektron məlumat bazasında dərc olunub. Düzəlişlərə əsasən, Cinayət Məcəlləsinə “Könüllü təslim olma” maddəsinin daxil edilməsi […]

Cəmiyyət

Komitə sədri dərmanların qiymətindən və keyfiyyətindən narazılıq etdi

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını ifadə edib. Oxu.Az-ın məlumatına əsasən, Ə.Əmiraslanov komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur. “Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm. Düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirə bilərik”, […]

Dünya

Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa reyslər açılır

ABŞ-ın Cənubi Kiprlə bağlı silah embarqosunun ləğvindən sonra Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) diplomatik müstəvidə yeniliklər ediblər. Belə ki, Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa uçuşlar başlayır. Və noyabrın 15-də gerçəkləşdiriləcək ilk uçuş da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq. Eyni zamanda diplomatik mənbələrdən qeyd edilib ki, uçuşun reallaşdırılacağı Yeni Ercan hava limanının […]

Cəmiyyət

Uşaqlarla ölüm barəsində necə danışmalı?

Ətrafımızda bəzən müxtəlif səbəblərdən baş verən ölüm hadisələrini azyaşlı uşaqlara və yeniyetmələrə izah etməkdə çətinlik çəkilir. Həmin hadisənin uşaqlara düzgün formada başa salınmaması müəyyən psixoloji fəsadlara gətirib çıxara bilər. Qeyd olunanlarla bağlı “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Paşayevanın bir sıra vacib fikirlərini diqqətinizə çatdırırıq. 0-5 […]