Cəmiyyət

Azərbaycan jurnalistlərinin VIII qurultayında 140 təşkilat iştirak edəcək

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi planlaşdırılan Azərbaycan jurnalistlərinin VIII qurultayında 140 üzv təşkilat iştirakını təsdiqləyib. Bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilib ki, sentyabrın 20-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin verilməsini başa çatdırdıqları qeyd olunub. Sentyabrın […]

İdman

PFL-in icraçı direktoru İsrailin oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb. AFFA-dan verilən məlumata görə, o, Tel-Əvivdəki “Blumfild” stadionunda 21 yaşadək futbolçulardan ibarət İsrail və Şimali İrlandiya yığmaları arasında keçiriləcək Avropa çempionatının pley-off mərhələsinin cavab oyununun UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, görüş sentyabrın 27-də baş tutacaq. Xeberal.az

Siyasət

Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Həmçinin iki ölkə arasında müxtəlif […]

Siyasət

Azərbaycan icması Berlində Ermənistan səfirliyi önündə piket keçirib – FOTO

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar. Piketdə Azərbaycan və Türkiyənin bayraqlarını […]

Siyasət

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində […]

Dünya

Azərbaycan Ordusunun yeni döyüş taktikası: “Harop” və “Bayraktar” eyni döyüşdə

İki günlük sərhəd müharibəsində Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemini zərərsizləşdirmək üçün bir qədər fərqli taktikalardan istifadə edib. Bu barədə İsrailin “İsrael Defense” məlumat yayıb. Nəşr Ermənistanla həmsərhəd rayonlarda (Basarkeçər rayonunda) hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterialları təhlil edərək belə qənaətə gəlib. İsrail nəşri yazır ki, Azərbaycan […]

Siyasət

İsrail səfiri: “Arye Qut həyatı boyu xalqlarımız arasında körpü yaradıb” – FOTO

“Arye Qut həyatı boyu xalqlarımız arasında körpü yaradıb”. Oxu.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik siyasi analitik Arye Qutun vəfatı ilə bağlı “Twitter”də bildirib. “Bu gün Azərbaycanın və İsrailin əsl vətənpərvəri Arye Gut vəfat edib. O, həyatı boyu xalqlarımız arasında körpü yaratdı”, – diplomat qeyd edib. Səfir vurğulayıb ki, Arye Qutun irsi […]

İdman

“Sabah”ın bombardiri: “Daha güclü olacağıq”

Misli Premyer Liqasında mövsümə uğurlu start götürən “Sabah” geridə qalan 7 turda 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. Paytaxt klubunun çıxışında Coy-Lens Mikelsin rolu danılmazdır. Almaniyalı vinger vurduğu 5 qolla komandasının ən məhsuldar oyunçusudur. 29 yaşlı Mikels Sports.az saytına müsahibəsində yeni mövsümü dəyərləndirib. – Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”u çətinliklə üstələdiniz (3:1). […]

Cəmiyyət

Cəlilabadda məktəbli tunc dövrünə aid məişət əşyası tapıb

Cəlilabad rayonunda məktəbli tarixi əşya tapıb. “Report” xəbər verir ki, tarixi əşya Şatırlı kəndi ərazisində aşkar edilib. Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, tapıntı tunc dövründə istifadə olunan məişət əşyasıdır: “İlkin ehtimala görə, əşya tunc dövrünə aiddir. Lakin, əlavə tədqiqata ehtiyac var”. Xeberal.az

Siyasət

UABD Ukraynadakı beynəlxalq təşkilatların ofislərinə müraciət ünvanlayacaq – FOTO

Ukraynanın Lviv şəhərində Ukrayna azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) müşavirəsi keçirilib. Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində UABD sədri Hikmət Cavad mövcud problemləri müzakirə etmək üçün təşkilatın yerli fəalları ilə görüşüb. H.Cavadın bildirdiyinə görə, görüş zamanı Ukraynada Rusiyanın işğalçlılğı ilə bağlı azərbaycanlıların vəziyyəti müzakirə olunub. “Hərbi təcavüz nəticəsində zərər çəkmiş azərbaycanlı ailələrə maddi yardım göstərilməsi, habelə […]