MARAQLI

Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb – FOTO

Tədqiqatçılar müəyyən ediblər ki, havadakı kiçik hissəciklər sağlam yeniyetmələrdə anormal ürək ritmlərinə, hətta qəfil ölümünə səbəb ola bilər. Bununla bağlı tədqiqatlar “Journal of the American Heart Association” jurnalında dərc olunub. Tədqiqatçılar ABŞ-da yaşayan 322 yeniyetmənin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılarda ciddi ürək-damar xəstəlikləri olmayıb, bundan başqa onlarda nizamsız ürək ritmi riski az olub. Təcrübəyə görə, yeniyetmələr […]

Müharibə

Azərbaycanın Baş Qərargah rəisi Şoyqu ilə regiondakı vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Baş Qərargah rəisi Kərim Vəliyevlə telefonla danışıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı regiondakı mövcud vəziyyəti müzakirə olunub. “Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə telefonla danışıb. Regiondakı mövcud vəziyyətlə bağlı […]

Siyasət

Mehriban Əliyeva “Qarabağ”ın “Nant” üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ”ın “Nant” üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində “Qarabağ Azərbaycandır” həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşıb. Həmin paylaşımı təqdim edirik:         View this post on Instagram                     […]

Dünya

Londonda kraliça ilə vidalaşmaq üçün növbə 6 km uzanıb: deputatlar növbəsiz girir

Londonda mərhum Kraliça II Elizabet ilə vidalaşmaq istəyənlərin növbəsi 6 km-dən çox uzanıb. Kraliçaya ilə vidalaşmaq istəyənlər növbənin sonunda olan Touer Bridc qəsrinə getməlidirlər. İnsanlara xəbərdarlıq edilir ki, onlar saatlarla ayaqüstdə dayanmalı olacaqlar. Belə ki, növbə xətti daim hərəkətdə olduğu üçün oturmağa fürsətləri olmayacaq. Eyni zamanda insanlardan tədbirə hörmət etmələri, Vestminster Sarayında olarkən səssiz qalmaları, […]

MARAQLI

III Çarlzın “gizli oğlu”: “Atam olmadığını sübut elə” – FOTO

Britaniya əsilli avstraliyalı Saymon Çarlz Dorani-Dey özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandırır və monarxdan DNT testi tələb edir. O, həmçinin Uilyama Uels şahzadəsi titulunun verilməsinə görə özünü təhqir olunmuş hiss etdiyini bildirib. 56 yaşlı kvinslendlinin sözlərinə görə, şahzadəyə yeni titulun verilməsi “onun üzünə dəyən qəfil zərbə” kimi olub. “O, Uilyama belə […]

Dünya

Mühafizəçi “Səssiz olun” dedi: öldürüldü

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda xəstəxana mühafizəçisi öldürülüb. Necmi Kadıoğlu Xəstəxanasında çalışan mühafizəçi səs-küy salan iki nəfərə “Səssiz olun” deyə xəbərdarlıq edib. Bu zaman həmin iki şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. Nəticədə bıçaqlanaraq həyatını itirib. Mühafizəçinin atası övladının heç bir günahının olmadığını deyib. “Mənim balama necə qıydılar? Övladımın heç bir günahı yox idi. O, […]

Dünya

Rusiya Türkiyəyə qaz tədarükünü artırmağa hazırdır

Türkiyədə mavi yanacağın istehlakı artarsa, Rusiya Türkiyəyə qaz tədarükünü artıra bilər. Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak sentyabrın 15-də jurnalistlərlə görüşündə bildirib. “Türkiyəli tərəfdaşlar qaz istehlakını artırsa və əlavə həcmlər üçün müraciət etsələr, biz bu məsələləri nəzərdən keçirəcək və bu tədarükləri təmin edəcəyik”, – deyə nazir qeyd edib. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

Dünyanın ikinci kriptovalyutasından inqilabi yenilik – FOTO

“Bitcoin”in əsas rəqibi “Ethereum”, “The Merge” adlı təkmilləşdirmə prosesindən keçib. Bu barədə onun yaradıcısı Vitalik Buterin sentyabrın 15-i öz “Twitter” səhifəsində yazıb. İslahatın motivi planet üçün zəruri olan şirkətin karbon izini azaltmaq zərurəti olub. Yeni iş alqoritmi ikinci ən böyük kriptovalyutaya enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Qeyd edək ki, yenilik kriptovalyutanın “Proof-of-Work”-dan (PoW) […]

Dünya

Moldova hökuməti odun axtarışı üçün sayt açıb

Moldova hökuməti odun almaq üçün internet saytı açıb. Portal rus və rumın dillərində təqdim olunub. Saytda odunu haradan, hansı həcmdə, kimin almaq hüququna malik olduğunu, eləcə də onların dəyərini öyrənmək olar. Qeyd edək ki, fərdi istehlakçılar üçün odunun qiyməti 2021-ci ilin qiyməti ilə eynidir. 2022-ci ildə ölkədə sərt odunun satış qiyməti bir kubmetr üçün 550 […]

Dünya

Qvatemalada Müstəqillik Günü konserti zamanı izdihamda 9 nəfə ölüb – FOTO

Qvatemalada Müstəqillik Günü konsertində baş verən izdihamda ikisi uşaq olmaqla 9 nəfər həlak olub. Bu barədə Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi rəsmi “Twitter” səhifəsində məlumat yayıb. Həmçinin, 20-dən çox şəxsin yaralandığı bildirilib. Qeyd olunub ki, hadisə qruplardan birinin öz çıxışını bitirdikdən sonra baş verib. Belə ki, hamı eyni anda məkanı tərk etməyə çalışıb. Incidente #MúltiplesVíctimas […]