Dünya

Şahzadə Endryunun kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməsi qadağan edildi

Bukingem sarayı Şahzadə Endryuya kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməyi qadağan edib. II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasimində kral ailəsinin bütün üzvləri hərbi geyimdə olacaqlar. Şahzadə Endryu isə kostyum və qalstukda olacaq. Çünki o, keçən il bütün fəxri hərbi titullarından məhrum edilib. “Kral ailəsinin işləməyən üzvü kimi York hersoqu Vestminster zalında keçirilən […]

Dünya

Dünyada kölələrin sayı açıqlandı

Sonuncu hesablamaların həyata keçirildiyi 2016-cı ildən bəri köləlikdə olanların sayı 9,3 milyon nəfər artıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son araşdırmasında deyilir. Qeyd edilir ki, müasir dünyada köləlik – məcburi əmək hesab olunur. BƏT-in hesablamalarına görə, ən azı 27,6 milyon insan buna cəlb edilib və onlardan 3,3 milyonu uşaqlardır. Bundan başqa, məcburi nikahlar da […]

Dünya

Qalaktikamızın mərkəzindən unikal görüntü – FOTO

NASA-nın “Hubble” kosmik teleskopu qalaktikamızın mərkəzinə yaxın yerdə yerləşən “Terzan 4” ulduz klasterini göstərən unikal şəkil çəkib. Alimlər bu dəfə ulduz yığınının sıxlığını və yaşını araşdırmaq üçün fotoşəkildən istifadə ediblər. İndiyədək göyün digər hissələrindəki ulduz klasterlərindən fərqli olaraq, bu çoxluq qalaktika nüvəsinin orbitində fırlanan qaz və toz buludlarına görə alimlərin müşahidəsindən yayınıb. Mənbə: rbc.ua Xeberal.az

Dünya

“Twitter” Maskdan 44 milyard dolları almaqda israrlıdır

“Twitter”in hüquqşünasları bəyan ediblər ki, şirkətin rəhbərliyi milyarder İlon Maskla sosial şəbəkəni “əvvəlcədən təsdiq edilmiş şərtlərlə” 44 milyard dollara almaq üçün sövdələşməni başa çatdırmaq niyyətindədir. “Twitter” Maskdan əvvəllər əldə edilmiş razılaşmalara tam əməl etməyi tələb edir. Şirkət milyarderin arqumentlərini “əsassız” adlandırıb. Vəkillərin sözlərinə görə, “Twitter” alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi pozmayıb. Qeyd edək ki, […]

Dünya

“Google”un Rusiya bölməsi müflis elan edildi

Moskva məhkəməsi sentyabrın 12-də “Google”un Rusiyadakı törəmə şirkətinin iflas ərizəsini qəbul edib və iflas proseduruna başlayıb. Səlahiyyətlilər “Alphabet”in Rusiya qolunun bank hesabını bağladıqdan sonra, işçilərə və təchizatçılara məvaciblərini ödəyə bilməyən şirkət özünü müflis elan etməli olub. Şirkətin Rusiyadakı pulsuz xidmətləri, o cümlədən “YouTube” video hostinqi fəaliyyətini davam etdirir. Mənbə: rbc.ua Xeberal.az

Dünya

İran İsrailə zərbə endirmək üçün PUA hazırlayıb

İran İsrail şəhərlərini vurmaq üçün nəzərdə tutulmuş qabaqcıl uzaq mənzilli kamikadze dronu hazırlayıb. Bu barədə İran quru qüvvələrinin komandanı briqada generalı Kiomars Heydəri məlumat verib. O, bildirib ki, “Arash-2” adlı pilotsuz uçüş aparatı “Arash-1”in daha yeni versiyasıdır. General PUA-nın Tel-Əviv və Hayfanı vurmaq üçün nəzərdə tutulduğunu açıqlayıb. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

“New Shepard”ın növbəti kosmik uçuşu uğursuz oldu

ABŞ-ın “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisinin suborbital uçuşu uğursuzluqla başa çatıb. O, lazımi avandanlıqları lazımi yüksəkliyə çatdıra bilməyib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra reaktiv daşıyıcının işində texniki problemlər qeydə alınıb. Nəticədə yük kapsulunun vaxtından əvvəl ayrılması baş verib. Hadisə şirkətin saytında canlı yayımlanıb. Avadanlıqları olan kapsul paraşütlə Yerə enib. Onun içərisində NASA […]

MARAQLI

Yas mərasimlərinin insan psixologiyasına mühüm təsiri açıqlanıb

Yas saxlamaq və rituallar insanlara yaxın adamını itirmənin öhdəsindən gəlməyə kömək edə bilər. Bu barədə Britaniyalı alimlər açıqlama veriblər. Bristol Universitetinin dosenti və “Good Grief Festival”ın yaradıcısı Lyusi Selmanın sözlərinə görə, belə mərasimlər itki zamanı mühüm rol oynayır. “Çünki bu, kədər hissini və qəmli düşüncələri təcəssüm etdirməyin, beləliklə, itkini həyatınıza daxil etməyin, ardınca isə sağalmağa başlamağın bir yoludur”, – deyə […]

MARAQLI

Uşağı 12-ci mərtəbədən atmaq istədi – VİDEO

Rusiyada dəhşətli hadisənin görüntüləri qeydə alınıb. Belə ki, kişi 12-ci mərtəbədən uşağı atmaq istəyib. Hadisənin baş verdiyi anın kadrları sosial şəbəkələrdə yayılıb. Məlumata görə, qorxunc görüntülər Moskvadandır. Videodan görünür ki, kişi uşağı balkından sallayaraq atacağı ilə hədələyir. Hadisə yerinə gələn FHN əməkdaşları divar qonşusunun eyvanından keçərək kişini tutublar. Zərərçəkənin olmadığı vurğulanıb. Baş verənlərə görə, cinayət […]