Dünya

“New Shepard”ın növbəti kosmik uçuşu uğursuz oldu

Sharing is caring!

ABŞ-ın “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisinin suborbital uçuşu uğursuzluqla başa çatıb. O, lazımi avandanlıqları lazımi yüksəkliyə çatdıra bilməyib.

Havaya qalxdıqdan bir neçə dəqiqə sonra reaktiv daşıyıcının işində texniki problemlər qeydə alınıb. Nəticədə yük kapsulunun vaxtından əvvəl ayrılması baş verib. Hadisə şirkətin saytında canlı yayımlanıb.

Avadanlıqları olan kapsul paraşütlə Yerə enib. Onun içərisində NASA və bir sıra özəl şirkətlərin tədqiqatları üçün vacib elementlər olub.

Bu dəfə “New Shepard”ın göyərtəsində kosmik turistlər olmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir