Dünya

“Masumlar Apartmanı”nın Gülbeni ilk dəfə boşanmasından danışdı: “Məşhur olduğu üçün ayrıldı dedilər, amma…”

Məşhur türkiyəli aktrisa Merve Dizdar qatıldığı televiziya proqramında maraqlı açıqlamalar verib. Yeni mövsümdə rəqəmsal platformada yayımlanacaq serialda rol alan aktrisa iki mövsüm oynadığı “Masumlar Apartmanı” serialından bəhs edib. O, “Psixoloji dəstək aldınızmı?” sualına cavabında dəstək aldığını deyib. “Bəli, aldım. Bir gün evdə bütün pərdələri bağlayıb oturmuşdum, halbuki həmişə pərdələri açıram ki, Günəş şüaları girsin. Prodakşn […]

Dünya

“Titanik”in yeni görüntüləri nümayiş olundu: Canlı da izləmək mümkündür – VİDEO

“OceanGate Expeditions” dəniz ekspedisiyasının üzvləri yüz ildən artıqdır batmış “Titanik” gəmisini yeni üsulla görüntülərini təqdim ediblər. Gəmi 8000 piksel təsvir ölçüsü ilə lentə alınıb ki, bu da tamaşaçıya qəzaya uğramış gəminin göyərtəsində bütün detalları görməyə imkan verir. Ekspedisiyanın tərkibinə sualtı dalğıc mütəxəssisləri, tədqiqatçı alimlər daxil olub. Həmçinin macəra həvəskarları da okeanın dibinə səyahət edib gəmini […]

Dünya

Pentaqon yeni “F-35”lərin qəbulunu dayandırıb

ABŞ Müdafiə Nazirliyi “F-35”lərin mühərriklərində istifadə edilən maqnitin Çin materiallarından hazırlandığı aşkar edildikdən sonra qırıcıların qəbulunu dayandırıb. Bu barədə Pentaqonun sözçüsü Rassel Qomare məlumat yayıb. Mətbuat katibi bildirib ki, avqustun ortalarında aparılan araşdırma nəticəsində məlum olub ki, qırıcı təyyarənin yağ nasosunda ABŞ-ın satınalma qanunlarını pozan elementlər var. Eyni zamanda o, maqnitin təyyarə üçün risk yaratmadığını etiraf edib. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

Hadisə və həyat yoldaşı üzüklərini çıxardılar – FOTO

Ötən günlərdə türkiyəli məşhur pop müğənni Hadisənin səhnədə ağlaması evliliyində problemlər olduğu ilə bağlı müzakirələrə səbəb olmuşdu. “Küçük bir yol”u ifa edən Hadisə mahnının “O sən olsaydın yanımda” hissəsinə çatanda ağlamağa başlayıb. Onun bu davranışı “keçmiş sevgilisi Kaan Yıldırıma görə göz yaşları tökür” kimi reaksiyalara səbəb olub.  Hadisənin son konsertində səhnəyə barmağında nişan üzüyü olmadan çıxması bu […]

Dünya

Rusiya Aİ ölkələrinə qaz tədarükünü 48% azaldıb

2022-ci ilin əvvəlindən Aİ ölkələri Rusiya qazının tədarükünü 48% azaldıb. Bu barədə “Qazprom” şirkətin “Telegram” kanalında bildirib. “İlin əvvəlindən Avropa İttifaqı ölkələri öz bazarlarına Rusiya qazının tədarükünü 48%, Böyük Britaniya da nəzərə alınmaqla isə 49% azaldıb”, – deyə məlumatda vurğulanıb. Qeyd edək ki, çərşənbə günü Avropa Komissiyasının sədri Ursula von der Lyayen bəyan edib ki, […]

Dünya

ABŞ-da elektron siqaret şirkəti 440 milyon dollar təzminat ödəyəcək

ABŞ-ın elektron siqaret istehsalçısı olan “Juul” şirkəti 440 milyon dollar təzminat ödəyəcək. Aparılan istintaq çərçivəsində şirkətin məhsullarının gənclərdə nikotin asılılığı yaratdığı məlum olub. 33 ştatda iki il ərzində aparılan istintaq nəticələrindən bu qənaətə gəlinib. Şirkət təzminatı ödəməyi qəbul edib. Konnektikut baş prokuroru Uilyam Tonq “Juul” ilə əldə olunan razılaşmaya əsasən, şirkətin 6-10 il müddətində 438,5 […]

Cəmiyyət

Goranboyda evakuator qəza törətdi: Daşıdığı avtomobil yararsız hala düşdü – FOTO

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil isə yük yerindən aşaraq yararsız hala düşüb. “Report”un məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Üzərində “Mercedes-Benz” markalı avtomobil daşıyan evakuator “VAZ-21099” markalı avtomobillə toqquşub. Nəticədə evakuatorun yük yerində olan nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Britni Spirs yenə ailəvi problemlərin cəngində: Bu dəfə oğulları ilə – FOTO

Dünya şöhrətli müğənni Britni Spirsin ailəsi heç cür onu rahat buraxmır. Ancaq əvvəllər müğənni valideynləri və bacısı ilə ictimaiyyət qarşısında mübahisə edirdisə, indi oğulları Şon və Ceydenlə münaqişə yaranıb. Belə ki, ötən gün gənclər açıq müsahibə verərək anaları ilə çətin münasibətlərindən danışıblar. Britninin cavabı özünü çox gözlətməyib. 40 yaşlı müğənni “Instagram”a təxminən üç dəqiqəlik səs […]

Cəmiyyət

Qobustanda zəncirvari qəza: Xəsarət alanlar var

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub. APA xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində – Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı üç avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin xəsarəti yüngül olduğundan həmin şəxsə yerində müdaxilə edilib. Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin […]