Cəmiyyət

Məktəblərin açılması hansı biznes sahələrində canlanmaya səbəb olacaq? – AÇIQLAMA + FOTO

“Məktəblərin açılmasıyla dəftərxana ləvazimatları satanlar,avtobus sürücüləri,bufetçilər,məktəb paltarı,ayyaqqabı və çanta satan sahibkarlar,təhsil sektoruna xidmət göstərən dərzilər,şirniyyat istehsalı və gözəllik salonu işlədən kiçik iş adamları arasında canlanma gözlənilir”. Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Məktəblərin açılmasıyla dəftərxana ləvazimatları satanlar,avtobus sürücüləri,bufetçilər,məktəb paltarı,ayyaqqabı və […]

İdman

“Qarabağ”ın rəqibi Bundesliqada səfərdə qalib gələrək liderliyə yüksəldi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında 5-ci tur oyununa çıxıb. Oxu.Az xəbər verir ki, komanda Leverkuzendə “Bayer” ilə qarşılaşıb. Görüş “Frayburq”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə nəticəsində “Frayburq” xallarının sayını 12-yə çatdırıb və topların nisbətinə görə turnir cədvəlində liderliyə yüksəlib. İkinci yeri tutan “Borussiya” Dortmundun da 12 xal var. […]

Cəmiyyət

Liderlərin telefon danışığı zamanı nələr müzakirə edildi? – 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Vladimir Putin İlham Əliyevə zəng vurdu. Liderlərin telefon danışığı zamanı nələr müzakirə edildi? “Əgər nəyisə deyiriksə, onu edirik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var”. Prezident İlham Əliyev region ölkələri ilə münasibətlərimizdən danışdı. Bal axtarmaq üçün meşəni yandırdılar. Şabranda baş verən yanğının səbəbi bəlli oldu. Daha ətraflı BAKU NEWS-un 20:00 […]

Cəmiyyət

Evlərimizin altında basdırılan bombalar – ARAŞDIRMA

Magistral və paylayıcı su, qaz xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində, həmçinin yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonasında tikilən evlər təhlükə mənbəyi olaraq qalır. 2500-dən artıq bu cür tikili ilə bağlı Nazirlər Kabinetinə göndərilən təkliflərə hələ də baxılmayıb. Fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı bəzi vətəndaşlar tikinti qaydalarına əməl etmirlər. Onlar tikintiləri magistral və […]

İdman

“Yuventus” “Fiorentina” ilə bacarmadı – VİDEO

“Yuventus” A seriyasında növbəti oyununa çıxıb.  Oxu.Az xəbər verir ki, Turin təmsilçisi 5-ci turda səfərdə “Fiorentina” ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.  Qeyd edək ki, “Yuventus” hazırda turnir cədvəlində 9 xalla 4-cü, “Fiorentina” isə 6 xalla 10-cudur. “Fiorentina” – “Yuventus” – 1:1 Qollar: Kouame, 29 – Milik, 9 Xeberal.az

Kriminal

Şəkinin kəndlərində qəsdən yanğın törədən şəxs saxlanılıb

Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin,eləcə də iki tövlənin yanması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları […]

Mədəniyyət

Tatu ustası: “Partnyorunu dəli etmək istəyən qızlar gəlib bikini zonasına tatu döydürürlər” – MÜSAHİBƏ + FOTO

Bu gün cəmiyyətdə geniş marağa səbəb olan və artıq gözlərin öyrəşdiyi bir ənənədən danışacağıq. Tarixi qədim olan döymə ənənəsi. Əslində bu bir qədər dəyişikliklərə uğrayaraq günümüzə gəlib çatıb, lakin bütün hallarda özündə müəyyən simvolizasiya ehtiva edir. Qədim yunanlılar və romalılar tatunu günahkarlar və kölələrə edirmişlər. Hər döymənin özünəməxsud anlamı, mistik mənası olub. Hətta bu müəyyən […]

Cəmiyyət

Zaqatala və İsmayıllıda yanğının qarşısı alınıb

Zaqatalanın Yuxarı Tala kəndi istiqamətindəki, İsmayıllının isə Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər aparılır. Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və […]

Cəmiyyət

Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar monitorinq keçirilib – FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, […]