Cəmiyyət

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüblər

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat […]

İdman

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. “Report” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 605 xalla siyahıya başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 535 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, reytinq […]

Cəmiyyət

Qəbul planı 100 faiz dolan ali məktəblər açıqlanıb – SİYAHI

Qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi xəbər yayıb. Bildirilib ki, 6 ali məktəbdə bütün yerlər dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasıdır. Eyni zamanda subbakalavrların ən çox qəbul olduğu ali təhsil müəssisələri […]

Kriminal

Bərdədə təcavüzə uğrayan qızın vəkili: “Qıza ölüm arzulayırlar”

“Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarşı dörd nəfərin seksual xarakterli hərəkəti istiqamətində iş aparılır”.  Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib. O bildirib ki, hazırda istintaq işləri davam etdirilir: “Hadisənin necə adlandırılması da hələ tam həllini […]

Dünya

Polşa qırıcıları Slovakiyanın hava məkanını qorumağa başladı

Sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqlar yerinə yetirməyə başlayacaqlar. Məqsədin müttəfiqlərin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq olduğu qeyd edilir. “Prezident Andjey Dudanın qərarına əsasən, sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqları yerinə yetirməyə başlayır. Bu missiyanın məqsədi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış təhlükəsizlik böhranı fonunda müttəfiqimizi gücləndirməkdir”, – deyə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri […]

Müsahibə

Nəsibə Abdullayeva: “Prezident dedi ki, bu ada ən layiqli namizəd sənsən” – MÜSAHİBƏ + FOTO

“Sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk Xalq artistiyəm ki, həm də Azərbaycanın Xalq artisti adına layiq görülmüşəm”. Bunu Modern.az-a müsahibəsində Xalq artisti Nəsibə Abdullayeva deyib. Müğənni ilə müsahibəni təqdim edirik: – Nəsibə xanım, azərbaycanlı pərəstişkarlarınız bu xəbərə çox sevindilər. Sizin təltif olunmağınız hamının ürəyincə oldu. Siz Özbəkistanda da çox sevilirsiniz, bir nömrəli sənətçisiniz, lakin […]

Cəmiyyət

Bu il müəllimliyin keçid balı hüquqşünaslıqdan yüksək olub

“48 mindən çox gənc ali məktəblərin tələbəsi adını qazanıb. Onları təbrik edirəm”. Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. “Bu il ilk dəfə idi ki, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyinin keçid balı hüquqşünaslıq ixtisasından yüksək olub. Yüksək bal toplayan istedadlı gənclər müəllimliyə can atırlar. Bu o deməkdir […]

Siyasət

Brüssel görüşündə Azərbaycan nə qazandı? – Politoloqdan AÇIQLAMA

Dünən Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sayca dördüncü Brüssel görüşündə Prezident İlham Əliyev konkret nəticələr əldə etdi. Bu dəfə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində çalışılması üçün işçi qrupunun yaradılmasına qərar verdilər. Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, Avropa […]

Cəmiyyət

Azərbaycanda rüşvət aldığı iddia edilən DYP rəisi işdən ÇIXARILDI – Yeni TƏYİNAT + AUDİO/ÖZƏL

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.  Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb. Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə […]

Dünya

BAEA-nın səfəri ərəfəsində Enerqodarda rabitə əlaqəsi kəsildi

Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) missiyasının Zaporojye atom elektrik stansiyasına (ZAES) səfəri fonunda Enerqodarda işıq və mobil rabitə əlaqəsi kəsilib. Bu barədə Rusiya mətbuatı məlumat verib. Bu səhər AES ərazisinə zərbələrdən sonra şəhərdə elektrik enerjisi kəsilib. Küçələrdə nə maşın, nə də insanların olduğu deyilir. Əksər mağazaların bağlandığı qeyd edilir. Bundan əlavə, BAEA missiyasının ZAES-in […]