Cəmiyyət

Qəbul planı 100 faiz dolan ali məktəblər açıqlanıb – SİYAHI

Sharing is caring!

Qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi xəbər yayıb.

Bildirilib ki, 6 ali məktəbdə bütün yerlər dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasıdır.

Eyni zamanda subbakalavrların ən çox qəbul olduğu ali təhsil müəssisələri də açıqlanıb.

Bunlar Mingəçevir Dövlət Universiteti (475 nəfər), Bakı Biznes Universiteti (396 nəfər), Azərbaycan Texnologiya Universiteti (360 nəfər), Lənkəran Dövlət Universiteti (319 nəfər), Azərbaycan Dövlət Aqrar Universiteti (311 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetidir (310 nəfər).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir