Cəmiyyət

Şahin Bağırov Bakı Baş Gömrük İdarəsi ilə bağlı əmr imzaladı

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb.   “Unikal” xəbər verir ki, əmrə əsasən, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən […]

Dünya

Tayvan hərbçiləri Kinmen adaları üzərində naməlum PUA-nı vurublar

Tayvan hərbçiləri Kinmen adaları üzərində naməlum PUA-nı vurublar. Bu barədə “Reuters” məlumat yayıb. Avqustun 30-da Tayvan hərbçiləri Kinmen adası yaxınlığında ilk dəfə olaraq Çin PUA-sına atəş açıblar. Bundan əvvəl onlar yalnız xəbərdarlıq raketləri, eləcə də radio xəbərdarlığı ilə kifayətlənirdilər. Daha sonra, avqustun 31-də Tayvan silahlı qüvvələri bu arxipelaqın adalarına yaxınlaşan üç Çin PUA-sına yenidən atəş […]

Dünya

“Lukoil”un vitse-prezidenti intihar edib – FOTO

“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib. Qeyd olunur ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb. Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb. Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir. Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri […]

Müharibə

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduqları müvəqqəti postlar tam sökülərək götürülüb. “Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür ki, başa çatıb. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların […]

Siyasət

“Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti qələbəsidir”- RƏY

“Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir. Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq”. Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov […]

Cəmiyyət

Gəncədə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Gəncə şəhərində azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Oxu.Az-ın məlumatına görə, 2016-cı il təvəllüdlü Gəncə şəhər sakini Z.Zeynalova ehtiyatsızlıqdan bel və kürək nahiyəsinə qaynar su tökülməsi nəticəsində 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Azyaşlıya yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlhamə Əbülfət Xeberal.az

Cəmiyyət

Qərbi azərbaycanlılar siyahıya alınacaqlar – Arxiv yaradılır

Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib. Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib […]

Dünya

ABŞ kəşfiyyatı: Rusiya Ukraynada mühakimə olunan cinayətkarları azad edib hərbi əməliyyatlara cəlb edir

ABŞ hesab edir ki, Rusiya Ukraynada ciddi hərbi çatışmazlıqla üzləşib və öz qoşunlarının sayını artırmaq üçün yeni yollar axtarır. Bu barədə ABŞ-ın az məxfi olan kəşfiyyat məlumatlarına çıxışı olan iki məmur məlumat verib. Mənbə iddia edir ki, Rusiya Müdafiə Nazirliyi bu çatışmazlığı aradan qaldırmaq üçün orduya müqaviləli hərbçiləri cəlb etməyə çalışır, o cümlədən yaralı əsgərləri […]

Cəmiyyət

Müasir “neftxuda”lar: Dondurulmuş quyulardan yanacaq çəkdilər – FOTO/VİDEO

Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla, kustar üsulla neft əldə edilərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən ediliblər. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsulla, yanğın təhlükəsizliyi qaydalarının […]

Dünya

ABŞ İranın qarşısını almaq üçün dron şəbəkəsi quracaq

ABŞ Hərbi Dəniz Qüvvələri İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə regionda İran hərbi qüvvələrinin qarşısını almaq üçün PUA şəbəkəsi yaratmaq üzərində işləyir. Birləşmiş Ştatlar gözləyir ki, gələn yaya qədər 100-ə yaxın kəşfiyyat PUA-sı Süveyş kanalından İran sahillərinə qədər əraziyə nəzarət edəcək. Təşəbbüslə bağlı bütün təfərrüat məxfiləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilən dronların […]