Dünya

“Lukoil”un vitse-prezidenti intihar edib – FOTO

Sharing is caring!

“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.

Qeyd olunur ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.

Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb.

Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.

Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir