Cəmiyyət

Avtobuslarda gediş haqqı artırılacaq? – VİDEO

“Hazırda şirkətimiz gündəlik 40 000 manat ziyanla işləyir”. Bu sözləri Xəzər Xəbərə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib. Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə salıb. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır: “Qarajda təmir səbəbindən saxlanılan çox sayda avtobus var. Maddi durum onları təmir […]

Siyasət

“Mövcud atmosferin formalaşmasında Aİ-nin səyləri yüksək qiymətləndirilməlidir” – RƏY

“Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sayca dördüncü görüş prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intensivləşdirilməsi baxımından uğurlu hesab etmək olar”. “Report”un məlumatına görə, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib. Onun […]

Siyasət

İlham Əliyev iki həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.  Prezident.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu […]

İdman

Barselona təcrübəli hücumçusunu məşhur müdafiəçi ilə dəyişir – FOTO

“Çelsi” “Barselona” ilə ispan müdafiəçi Markos Alonso ilə Pyer-Emerik Obameyanqın dəyişdirilməsi məsələsində razılığa gəlib. Bu barədə idman jurnalisti Fabrisio Romano məlumat verib. Hazırda tərəflər sövdələşmənin maliyyə detalları üzərində işləyirlər. Negotiations for Pierre Aubameyang are progressing, working to reach full agreement. Last Chelsea bid being discussed: £10m fee plus Marcos Alonso to Barça. ?? #CFC All parties confident to complete […]

Cəmiyyət

Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri etiraz edərək yeni direktoru qovublar

Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi […]

Cəmiyyət

Ali məktəblərə qəbul olanların qeydiyyatına başlanılacaq vaxt açıqlandı

2 sentyabr saat 12:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının […]

Cəmiyyət

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir – FOTO

Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Məlumata görə, sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə […]

Müharibə

Erməni vandalizminə məruz qalmış Laçın – FOTOREPORTAJ

Otuz il erməni işğalı altında olmuş Laçın vandalizmə məruz qalıb. Ermənilər şəhəri tərk edəndən sonra yaşayış evlərinin, iaşə obyektlərinin qapı-pəncərələrini və dam örtüklərini sökərək özləri ilə aparıblar. Ermənilər şəhərin giriş hissəsində yerləşən ağacları yandıraraq məhv ediblər. Photostock.az erməni vandalizminə məruz qalmış Laçından fotoreportajı təqdim edir: Daha çox şəkil burada: Photostock.az Xeberal.az

Dünya

Tokayev: “Səlahiyyət müddətimi azaltmağa və növbədənkənar prezident seçkisinə getməyə hazıram”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkisinin bu ilin payızında keçirilməsini təklif edib. “Bu ilin payızında növbədənkənar prezident seçkisinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstan quruculuğu yolunda köklü və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün yeni ictimai etimad mandatı lazımdır. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də səlahiyyət müddətimi qısaltmağa hazıram. Ona görə […]

İdman

Günay Məmmədzadə: “Vətənim adına ilkə imza atdığım üçün çox şadam”

“Vətənim adına ilkə imza ataraq, Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam”. Bu sözləri Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə öz “Facebook” hesabında qeyd edib.  Qrosmeyster bu günlərdə hər kəsin dəstəyini hiss etdiyini bildirib: “Hər birinizə təşəkkür edirəm. Yola davam”. Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Ülviyyə […]