Dünya

Avstraliya milyonlarla dollara başa gələn COVID-19 izləmə proqramını ləğv edir – FOTO

Avstraliya hökuməti 2020-ci ildə ölkə üçün hazırlanan COVID-19 izləmə proqramını ləğv edib. Bu barədə ölkənin səhiyyə və yaşlılara qayğı naziri Mark Batler bildirib. Onun sözlərinə görə, əvvəlki Avstraliya hökumətinin 21 milyon Avstraliya dollarından çox (təxminən 25 milyon manatdan çox) xərclədiyi bahalı və səmərəsiz “COVIDSafe” tətbiqini silmək üçün tədbirlər görür. Qeyd edək ki, tətbiqin virus daşıyıcılarına […]

Dünya

Fransada kondisioner işləyərkən qapıları açıq qoyan mağazalar cərimələnir

Fransadakı mağazalardan kondisionerlərdən istifadə edərkən qapılarını bağlamaları tələb olunub. Artıq kondisionerlə bağlı qaydaları pozan mağazalar 750 avroya qədər cərimələnir. İlk belə cəza Parisin 4-cü rayonunda, Rivoli küçəsindəki mağazalara tətbiq olunub. Tədbirin enerjiyə qənaəti stimullaşdırmaq məqsədi daşıdığı bildirilib. Mənbə: govoritmoskva.ru Xeberal.az

Dünya

Dənizdən çıxan çöl donuzu çimərliyə gələnləri qorxutdu – VİDEO

İspaniyanın Malaqa şəhərindəki Benaharafe çimərliyində çöl donuzu dənizdən sahilə çıxaraq insanları qorxudub. Heyvanın təxminən üç yaşında olduğu və sərinləmək üçün suya girdiyi güman edilir. Vəhşi təbiəti mühafizə edənlər və polis heyvanın axtarışına çıxıb. Onlar insanları qabanla görüşərkən sakit olmağa və öz təhlükəsizlikləri üçün onu incitməməyə çağırıblar. Bu heyvanlar nadir hallarda insanlara hücum etsə də, onların […]

Dünya

İsveç Türkiyə ilə ilk ekstradisiya barədə razılaşıb

İsveç Türkiyə ilə qardaş ölkədə axtarışda olan şəxsin ektradisiyası barədə ilk razılığa gəlib. Türkiyə tərəfindən dələduzluq səbəbndən qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxsin ölkəyə təhvil veriləcəyi bildirilib. İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson Ali Məhkəmənin qərarını qiymətləndirərkən bunun adi bir vəziyyət olduğuna diqqət çəkib. Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu […]

Dünya

Boliviyalı “Yer Ana”ya qurban olaraq diri-diri basdırıldı – FOTO

Boliviyanın El Alto şəhərində keçirilən festivalda 30 yaşlı kişi huşunu itirərək tabutun içində oyanıb. Viktor Hüqo Mika Alvarez iştirakçıların təbiətə təşəkkür etmək üçün toplaşdığı Yer Ana festivalının açılışında kokteyllər içdiyini bildirib. O, sonradan baş vernıləri xatırlamadığını və özünə gələndə qapalı tabutda yatdığını görüb. “Mənə elə gəlirdi ki, yatağımdayam. Ayağa qalxıb tualetə getmək istəyirdim, amma yerindən […]

Dünya

Seulda “Parazit” filmindəki zirzəmi mənzillərə qadağa qoyulacaq

Cənubi Koreyanın paytaxtında iki qadın və bir yeniyetmə daşqın nəticəsində həlak olduqdan sonra zirzəmidəki mənzillər mərhələli şəkildə ləğv ediləcək. Qərar şəhərə son 80 ilin ən güclü yağışlarının yağması fonunda verilib. Üç gün davam edən daşqınlar nəticəsində azı 11 nəfər itkin düşüb. Su basmış yarımzirzəmidə iki 40 yaşlı qadın və 13 yaşlı qızın meyiti tapılıb. Hadisə […]

Dünya

Britaniyalı ad və soyadını “Yanğın Çıxışı” olaraq dəyişdirdi

Britaniyalı ad və soyadını “Yanğın Çıxışı” olaraq dəyişib və şəhərin ən məşhur adamına çevrilib. Əvvəllər Deano Uilson kimi tanınan Yanğın Çıxışı ilk olaraq zarafat xatirinə olaraq adını dəyişib və bu addımının onu məşhurlaşdıracağını güman etməyib. Britaniyalı bildirib ki, onu daha çox öz şöhrəti deyil, insanların təbəssümü sevindirir. Mənbə: gazeta.ru Xeberal.az

Dünya

Qorillalar gözətçiləri çağırmaq üçün yeni səs icad etdilər – VİDEO

Atlanta Zooparkındakı qorillalar gözətçiləri çağırmaq üçün yeni bir səs öyrəniblər. Bu özkürmə və ya asqırma səsinə bənzəyir. Hadisə primatların mürəkkəb vokal birləşmələri öyrənmək qabiliyyətini nümayiş etdirir. Təcrübələr göstərir ki, heyvanlar bu səslərdən məqsədyönlü şəkildə istifadə edir. Yeni səs standart qorilla səs siqnallarından akustik cəhətdən fərqlənir. Mənbə: knife.media Xeberal.az

Cəmiyyət

Şəmkirdə 27 yaşlı qadın dərmandan zəhərlənib

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. APA xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib. 1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Meksikalı xilasedicilər yanğın zamanı xəsarət alan it həyata qaytarıblar – VİDEO

Meksikalı yanğınsöndürənlər yanan evdə it tapıblar. Dördayaqlı yerdə uzanıqlı vəziyyətdə olub. Şahidlərin sözlərinə görə, heyvanda heç bir həyat əlaməti müşahidə edilməyib. Lakin xilasedicilər təslim olmayıblar. İti yanan evdən çıxarıb, süni ürək masajı iləhəyata qaytarıblar. Mənbə: TRT Xeberal.az