Siyasət

Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiqlənib

“Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Nizamnaməyə əsasən, Dövlət reabilitasiya müəssisələrinin fəaliyyət istiqamətləri aşağıdakılardır: – müvafiq sahənin inkişafında iştirak etmək; – əlilliyi olan şəxslərin reabilitasiyasını və abilitasiyasını həyata keçirmək, o cümlədən onlara lazımi tibbi, pedaqoji, psixoloji, sosial və digər yardımlar göstərmək; – əlilliyin erkən diaqnostikası, həmçinin […]

Cəmiyyət

Azərbaycanda “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 2020-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanının 4-cü və 5-ci hissələrinin […]

Siyasət

Ceyhun Bayramov: “Torpaqlarımızı azad edəndə Türkiyənin verdiyi dəstək təkcə qardaşlıq təzahürü deyildi”

“Torpaqlarımızı işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün […]

Dünya

“Amazon”un saytının keçmiş baş direktoru vəfat edib – FOTO

Amazon.com-un keçmiş baş direktoru və investor Tom Alberg 82 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmasa da, Albergin bir il əvvəl insult keçirdiyi məlumdur. “Amazon”un rəhbəri Ceff Bezos bununla bağlı öz sosial şəbəkə hesabından başsağlığı verib. “O, uzaqgörən və çox yaxşı insan idi. Tom, nə yaxşı ki, yanımda idin”, – deyə “Amazon”un qurucusu bildirib. My friend […]

Dünya

Çağatay Ulusoy serial çəkilişi zamanı ölümdən döndü

Uzun müddətdir ekranlardan uzaq düşən və bir müddət əvvəl “Terzi” serialı ilə izləyici qarşısına çıxmağa hazırlaşan türkiyəli aktyor Çağatay Ulusoy ölümdən dönüb. 31 yaşlı məşhur aktyor baş rolda oynadığı serialda qəza keçirib. Onun olduğu nəqliyyat vasitəsində qəfildən kamera yerindən çıxıb. Xoşbəxtlikdən, kamera avtomobilin şüşəsindən yan keçərək yerə düşüb və böyük fəlakətin qarşısı alınıb. Təxminən 500 […]

Siyasət

Çavuşoğlu: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil” – FOTO

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb. “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri əlavə edib. Can #Azerbaycan’ın Dışişleri Bakanı kardeşim @bayramov_jeyhun‘u Büyükelçiler Konferansı’nda ağırladık. Müttefikliğimiz Şuşa Beyannamesi’yle daha da perçinlendi. Dost da düşman […]

Dünya

Bayden: “Mən Tayvandakı vəziyyətlə bağlı narahat deyiləm”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri fonunda Pekindən Tayvanla bağlı əlavə hansısa addımlar gözlənilmir”. Bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərə bildirib. “Mən [Tayvandakı vəziyyətlə bağlı] narahat deyiləm, lakin onlar (Çin səlahiyyətliləri – TASS qeydi) tərəfindən çox addımlar atılır və bundan narahatam. Ancaq onların əlavə nəsə etmək niyyətində olduğunu düşünmürəm”, – deyə […]

İdman

Qurban Qurbanov: “Ferentsvaroş” “Lex” və “Sürix”dən güclüdür”

“Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın istəyi çoxdur: “Biz buraya böyük inamla gəlmişik. Rəqib […]