Cəmiyyət

Afrikada mülkü olan məşhur azərbaycanlı ovçu – VİDEO

“Bilet pulu tapıb Afrikaya getdim. Oraya çatdım və başıma ciddi oyunlar gəldi. Bileti cırıb atıb, Afrikanın düzündə qaldım”. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı ovçu Faiq Babanlı deyib. Məşhur ovçu Amazondakı adamyeyən qəbilələrdən, onlarla ünsiyyətindən danışıb. “Qəbilələr mənə qulluq edir. Menyularındə hər cür ət var. Orada meymun, timsah ətini hər gün yeyirəm”, […]

Dünya

Ərdoğan Suriyada keçiriləcək antiterror əməliyyatının anonsunu verdi

“Terror təşkilatının yuva saldığı əraziləri təmizləyəcəyik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında çıxışında bildirib. Türkiyə Prezidenti Suriyada keçiriləcək antiterror əməliyyatının anonsunu verib. “Cənub sərhədimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zolağını formalaşdırmaq əzmimiz var. İnşallah, tezliklə bu zolağın halqalarını birləşdirəcəyik”, – deyə Ərdoğan bəyan edib. Dövlət başçısı çıxışında Ukrayna münaqişəsinə də toxunub, […]

Cəmiyyət

Bakıda ətrafa zəhər saçan göl – VİDEO

Hövsan-Zığ yolunun yaxınlığında yerləşən Zığ gölü uzun illərdir çirkab suların və neft tullantılarının məskəninə çevrilib. Mütəxəssislərin fikrinə görə, ərazidəki neft tullantıları həm ölkənin ekoloji vəziyyətinə, həm ətraf mühitə, həm də ərazidə yaşayan insanlara böyük zərbə vurur.  Belə ki, ərazidən çıxan buxar nəticəsində xüsusən də yay aylarında sakinlərdə sinir xəstəliklərinin yaranması ehtimalı böyükdür.  Ekoloq Sakit Hüseynov […]

Siyasət

“Caliber”: Ermənistanda Rusiya hərbçilərinə qarşı təxribatlar hazırlanır? – VİDEO

Ermənistanda hökumətin nəzarətində olan media orqanlarında güclü antirusiya kampaniyasına başlanılıb. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir. “Kampaniyanın məqsədi ölkə əhalisinə Rusiyanın olduqca yararsız bir müttəfiqdən işğalçıya çevrilməsini göstərməkdir. Erməni mediasındakı səs-küyə Rusiya hərbçilərinin Mehri-Əkərək yolundakı yeni postu səbəb olub. Buradan keçən Ermənistan dövlət qeydiyyatı nişanlı avtomobillər saxlanılaraq yoxlanılır. Əslində, Zəngəzur dəhlizinin formalaşdırılması […]

Dünya

Ərdoğandan Aşura paylaşımı – FOTO

“Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəla şəhidlərini rəhmətlə yad etdiyini bildirib.   Birlik ve beraberliğin simgesi olan #AşureGünü’nün ve muharrem ayının İslam âlemi […]

Siyasət

İslamiada: Azərbaycan millisi ilk oyunda məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb. Oxu.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub. Bu qrupun digər görüşündə Mərakeş […]

Siyasət

Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edilib. “Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, […]

İqtisadiyyat

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın təxminən 90%-dən istifadə olunmur. “Report” xəbər verir ki, hazırda ölkədə icbari qaydada sığortalamağın mümkün olduğu təxminən 1 milyon mənzil və fərdi ev olsa da, bunun cəmi 100 mini sığortalıdır. Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, mülkiyyət hüququ olan, yəni özbaşına tikilməyən və haqqında sökülmək barədə qərar olmayan […]

Siyasət

Ceyhun Bayramov: “Türkiyə ilə Azərbaycanın hələ gedəcək yolu, nail olacağı məqsədləri var”

Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir. APA xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ […]

Cəmiyyət

Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs edilib

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib. Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə […]