Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu ilə vida mərasimi başlayıb. “Report” xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimi başa çatdıqdan sonra […]
Day: İyun 24, 2024
Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş – FOTO
Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının (MR) sakini olub. Oxu.Az xəbər verir ki, leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub. B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının […]
İstanbul boğazında iki gəmi toqquşub
İstanbul boğazında iki gəmi toqquşub. Məlumatlara görə, Türkiyə şirkətinə məxsus Marşal Adaları bayrağı altında üzən “SSI PROVIDENCE” adlı gəmidə qida ləvazimatları azalıb. Buna görə qida məhsulları daşıyan qayıq gəmiyə yan alıb. Bu zaman ərazidə olan Liberiya bayrağı altında üzən “Philipp Oldendorff” gəmisi naməlum səbəbdən “SSI PROVIDENCE” gəmisinə doğru üzməyə başlayıb. Qayıqla gəmiyə ləvazimat yükləyən işçilər son […]
Ağalı sakinlərinin doğma yurdlarına qayıdış sevinci – VİDEOÇARX
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi növbəti videolayihəsini Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlərdən birinə həsr edib. Videonun qəhrəmanı Həyat xanım 29 il məcburi köçkün həyatı sürdükdən sonra yenidən öz evinə qayıtmağın onlara verdiyi sevinc və xoşbəxtlik hissini dilə gətirib. Zəngilanın Ağalı sakinləri öz doğma yurdlarına qayıdacaqları anı görmək üçün “həmişə bir gün gələcək” deyiblər. O […]
Bakıda məktəbin qarşısında Göyçay sakini ürəyindən bıçaqlandı
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri […]
Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı
Zaqatalada beş yaşlı uşaq qaynar su olan qaba yıxılıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub. Xanım Dəmirovaya 2-3 dərəcəli […]
Rusiyalı nənə uşaqlara baxmaqdan bezdiyi üçün üç nəvəsini və əlil qızını öldürdü
Saratov vilayətində dəhşətli hadisə baş verib. Eyni gündə ana və üç uşağı ölüb. İstintaq onların ən yaxın adamları tərəfindən öldürüldüyünü bildirib. Təqaüdçü nənə cinayəti əvvəlcədən planlaşdırıb. Belə ki, o, zəhər alaraq onu ailənin sevimli yeməyinə – südlü şorbaya qatıb. Nəticədə onun bütün ailə üzvləri – 23 yaşlı qızı, həmçinin üç, beş və yeddi yaşlı nəvələri […]
Laçında həlak olan hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib. “Report” xəbər verir ki, şəhid bu gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən […]
ABŞ Ukraynaya bir milyard dollarlıq yeni hərbi yardım göndərəcək
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlamağa hazırlaşır. Paketin dəyərinin bir milyard dollar olacağı bildirilir. Məlumata görə, paketə uzaqmənzilli silahlar üçün döyüş sursatları, həmçinin zirehli tibbi nəqliyyat daxildir. Lakin yardımın tərkibi dəyişdirilə bilər. Mənbə: TASS Xeberal.az
İsveçrə sakinlərindən avtomobillərini yumamaq xahiş edildi
İsveçrənin Butte şəhərinin səlahiyyətliləri yerli sakinlərdən suya qənaət etmək üçün avtomobillərini yumamağı xahiş ediblər. Bələdiyyə şurası sakinləri yüksək temperaturla əlaqədar su istehlakını məhdudlaşdırmağa çağırır. Hovuzları doldurmamaq, avtomobilləri yumamaq, bağçaları sulandırmamaq tövsiyə olunur”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, bu qərar Lonqayq çayında suyun səviyyəsinə təsir edən istilər səbəbindən verilib. Mənbə: gazeta.ru Xeberal.az