Cəmiyyət

Ümumdünya Ticarət Təşkilatı ölüm ayağında

Əvvəlcə Tramp, sonra COVID, indi isə Rusiyanın Ukraynaya qarşı müharibəsi təşkilatı iflic edib. Çoxları etiraf edir ki, ÜTT artıq dünya iqtisadiyyatının problemlərini həll etmək iqtidarında deyil.  Qlobal pandemiya, ardınca da Ukrayna ilə Rusiya arasında yaşanan müharibə dünya iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyub. İqtisadi çətinliklər, qlobal ərzaq problemi dünya ölkələrinin başının üstünü “Domokl qılıncı” kimi kəsdirib. […]

Müharibə

Azad olunan rayonlarda mina və partlamamış sursatlardan təmizlənən ərazilərin sahəsi AÇIQLANIB

Azad olunan rayonlarda mina və partlamamış sursatlardan təmizlənən ərazilərin sahəsi açıqlanıb. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər. Belə ki, türkiyəli təlimatçılar tərəfindən […]

Dünya

Madridin mərkəzində NATO əleyhinə yürüş keçirilib – VİDEO

Madridin mərkəzində NATO sammitinin keçirilməsinə qarşı yürüş keçirilib. Etiraz aksiyası əsasən solçu partiyalardan ibarət Koordinasiya Bloku tərəfindən təşkil olunub. Aksiyada beş minə yaxın nümayişçi iştirak edib. Etirazçılar alyansın İspaniya ərazisindəki hərbi bazalarına qarşı çıxıblar. Qeyd edək ki, Madriddəki NATO sammiti iyunun 28-30-da baş tutacaq. Mənbə: rossaprimavera.ru Xeberal.az

İdman

“Mançester Yunayted”də Ronaldunu əvəz edə biləcək futbolçu məlum oldu

“PSJ”nin hücumçusu Neymar karyerasını İngiltərə çempionatında davam etdirə bilər. “RMC Sport”un məlumatına görə, braziliyalının transferini ödəyə biləcək komandalar arasında “Mançester Yunayted” də var. Hücumçu ilə Kriştianu Ronaldunun komandadan ayrılacağı təqdirdə müqavilə bağlana bilər. Neymarın “Nyukasl” və “Yuventus”a keçməsi barədə də iddialar var. Eyni zamanda, 30 yaşlı futbolçunun 2022-ci il dünya çempionatına hazırlaşdığı üçün heç yerə […]

Müharibə

Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb

Azərbaycan Ordusunun Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən […]

Müharibə

Zakir Həsənov: “İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir”

zərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibə verib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova tərəfindən hazırlanan müsahibəni təqdim edirik. – Cənab nazir, ilk növbədə, Sizi və Azərbaycan Ordusunun şəxsi heyətini 26 iyun – Silahlı Qüvvələrimizin yaradılmasının 104-cü ildönümü münasibətilə […]

Cəmiyyət

XTQ və HDQ-nin qüvvə və vasitələrinin sayı artırılıb

Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırılıb. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik […]

İdman

“Zirə”nin rəqibi PSV-nin hücumçusunu transfer etdi – FOTO

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Makkabi” (Təl-Əviv) heyətini gücləndirib. Klubdan yayılan məlumata görə, son iki mövsümü PSV-də çıxış edən hücumçu Eran Zahavi yenidən komandaya qayıdıb. 34 yaşlı Zahavi 2012-2016-cı illərdə də Tel-Əviv klubunun formasını geyinib. Niderland kollektivində iştirak etdiyi müddətcə o, 79 oyunda 37 qol vurub və 15 məhsuldar ötürmə edib. […]

Cəmiyyət

Azərbaycanın da təmsil olunduğu Ümumdünya Şəhər Forumunda bayraqqaldırma mərasimi keçirilib

Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasının bayraq qaldırma mərasimi keçirilib. Forumun rəsmi açılışı sabah baş tutacaq. “Report”un Katovitsedən olan müxbirinin verdiyi məlumata görə, Ümumdünya Şəhər Forumu iyunun 26-dan 30-dək Katovitsa şəhərinin tarixi hissəsində yerləşən Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Beynəlxalq konfransda əsas diqqət şəhərlərin inkişafına yönəlib. Bu il forumun proqramına müharibədən sonra şəhərlərin […]

Cəmiyyət

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı ərazidə binanın eyvanı uçub, bir nəfər ölüb

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub. “Report”un yerli bürosu xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb. Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb. Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın […]