Dünya

Ukrayna Baş Prokurorluğu: “Rusiya hərbçilərinin qətlə yetirdiyi uşaqların sayı 313-ə çatıb”

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 313 uşaq həlak olub, 492 uşaq yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. “2022-ci il iyunun 15-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 892 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 313 uşaq həlak olub, 579 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə […]

İqtisadiyyat

1993-cü ilin iyunun 15-dən bu günə: Deputat rəqəmlərlə izah verdi

“Bu gün Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül ötən əsrin 90-cı illərinin ortalarında aradan qaldırıldı və iqtisadiyyatın stabilləşməsinə baza formalaşdırıldı. Həmin dövrdə həyata keçirilməyə başlanan islahatlar uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını […]

İqtisadiyyat

Putin Berdiməhəmmədovu inandırmaq istəyir: Türkmənistan uğrunda savaş yeni mərhələyə keçir – TƏHLİL

Mərkəzi Asiyanın enerji resursları ilə zəngin ölkəsi olan Türkmənistan beynəlxalq sistemdəki rəqabətin episentrinə gətirilir. Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov ölkənin potensialına görə aparılan hibrid müharibənin xarakterini anlamaq üçün ilk xarici səfərini Rusiyaya etdi və Kremldə Vladimir Putinlə görüşdü. Sərdar Berdiməhəmmədov siyasətdə yenidir və görünür ki, Vladimir Putin onu ram edərək bundan sonrakı siyasətini Kremlin maraqlarına […]

Dünya

Gürcüstana gedənlərə ŞAD XƏBƏR: Peyvənd sertifikatı ləğv edildi

Gürcüstan hökuməti ölkəyə gələn turistlərdən peyvənd sertifikatı tələb etməyəcək. Artıq respublika ərazisinə daxil olan xarici ölkə vətəndaşlarından sərhəddə koronavirusa görə PZR testinin mənfi nəticəsi olan sertifikat və ya peyvəndin tam kursunu keçdiyini təsdiq edən sənəd təqdim etmək tələbi ləğv olunub. Həmçinin qeyd edilir ki, əcnəbilər Gürcüstanda məcburi özünütəcrid müddətindən də azad ediliblər. Mənbə: Sputnik Gürcüstan Xeberal.az

Kriminal

Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları oğurlayan şəxs saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib […]

Müharibə

Fərid Şəfiyev: “Ermənistanla sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl Cəzirə” kanalına verdiyi müsahibəni şərh edib. Oxu.Az-ın məlumatına əsasən, F.Şəfiyev bildirib ki, daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. “Yenə “Dağlıq Qarabağın statusu” gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri […]

İqtisadiyyat

Bahalaşmanın gücləndiyi zamanda dövlət büdcəsi yüksək göstəricilərlə icra edilir

Pərviz Heydərov yazır… Məlumdur ki, dövlət büdcəmiz neftdən asılı vəziyyətdədir. Yəni, neft-qaz sektorundan gəlirlər olmasaydı, dövlət büdcəmiz bugünkü səviyyədə olmazdı. Eyni zamanda sosial ödənişləri də ödəmək qeyri-mümkün olardı. Dövlət Neft Fondundan (ARDNF) transfert məbləği bunu deməyə əsas verir. Dövlətimizin 2022-ci il üzrə əsas maliyyə sənədində 26 milyard 816 milyon manat gəlirin 12 milyard 710 milyon […]

Təhsil

Yardımlıda Şəhidin oxuduğu məktəbdə DƏHŞƏT saçan görüntülər – VİDEO

Azərbaycan təhsili nəinki aşağı səviyyədə, hətta yerlə bir olduğu barəsində hər gün hamı deyir, hamı yazır. Amma, görünür, deyilənlərdən nəticə çıxaran bircə müəssisə belə yoxdur. Çünki, ən vacib sahənin məhvə doğru getməsindən narahat olan rəhbər yoxdur. Bütün gün “filan məktəbin müəllimləri Emin Əmrullayevə müraciət ünvanlayıb”, “filan valideyin Təhsil Nazirliyinə müraciət ünvanlayıb”, “Təhsil nazirinin bundan xəbəri […]

Müharibə

Çingiz Mustafayevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.  Oxu.Az-ın məlumatına görə, o, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.  Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. […]

Kriminal

Paytaxtda avtomobil beton maneəyə çırpılıb: Ölən var

Bakıda avtomobil beton maneəyə çırpılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda KİA markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı […]