Siyasət

Ceyhun Bayramov: “Bir millət, iki dövlət” şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk” – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötməsi ilə bağlı paylaşım edib. Bununla bağlı o “Twitter”də paylaşım edib. Paylaşımda deyilir: “Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. “Bir millət, iki dövlət” şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi!” […]

Siyasət

Çavuşoğlu Azərbaycan xalqını təbrik edib – FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib. Xarici siyasət qurumunun rəhbəri bununla bağlı “Twitter”də paylaşım edib. “Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”,  – deyə nazir paylaşımında bildirib. Can #Azerbaycan’la doğal müttefikliğimizi pekiştiren “Şuşa Beyannamesi”nin yıldönümü kutlu olsun. Yaşasın Türkiye-Azerbaycan […]

Cəmiyyət

DYP sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin yorğun, yuxusuz idarə olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib. “Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Son günlər, xüsusilə yük avtomobillərinin sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək […]

Siyasət

Səlcuq Bayraktar Azərbaycan xalqını təbrik edib – FOTO

“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü təbrik edirəm”. Bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktarın 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə səhifəsində etdiyi paylaşımında yer alıb. Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir: […]

Dünya

Blinken: “ABŞ Tayvana yardım göstərməyə davam edəcək”

ABŞ Tayvanın status-kvosunu qorumaq və özünümüdafiəsini gücləndirmək məqsədi ilə ona yardım göstərməyə davam edəcək. Bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken deyib. “Biz açıq şəkildə bildirdik ki, Tayvanın özünümüdafiəsinə kömək etmək öhdəliyimiz davam edir və davam edəcək”, – deyə o, PBS telekanalına müsahibəsində aparıcının müvafiq sualını cavablandırarkən bildirib. Blinken onu da qeyd edib ki, […]

İdman

Azərbaycan millisinin futbolçusu Almaniyanın 3-cü Liqasında oynamağa razılaşdı – FOTO

Milli komandamızın futbolçusu Dmitri Nəzərov karyerasını Almaniyanın 3-cü Liqasında (II divizion) davam etdirəcək. Oxu.Az xəbər verir ki, 32 yaşlı hücumçu 3-cü Liqaya düşən “Ertsqebirqe” komandasında qalmağa qərar verib. Onunla 1+1 illik müqavilə bağlanılıb. Aue klubunun prezidenti Helqe Leonhardt bu barədə danışıb: “Dmitri ilə müqavilənin müddətinin uzadılması komandamın planlaşdırmasında ən vacib məqamlardan biri idi. Dima yüksək […]

Cəmiyyət

Deputat: “Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın”

Son vaxtlar Azərbaycanda tütün məmulatlarının qiymətlərində artım müşahidə olunur. Artım insanların daha çox istifadə etdiyi siqaret markalarında hiss edilir. Xüsusilə, köşklərdə bəzi siqaret markalarının qiyməti hər keçən gün daha da bahalaşır.  Bəs qiymət artımına səbəb nədir və bu amil siqaret çəkənlərin sayını azalda bilərmi? Məsələ ilə bağlı Azxeber.com-a Milli Məclisin deputatı Rüfət Quliyev fikirlərini bildirib. […]

Dünya

Binəli Yıldırım Şuşadan Ermənistana çağırış etdi

“Birliyimizi qorumaq üçün daha çox çalışacağıq. Elm, iqtisadiyyat, infrastruktur, mədəniyyət, ticarət və qarşılıqlı investisiya sahələrində də əlaqələrimizi daha yüksək səviyyəyə çıxaracağıq”. APA-nın xəbərinə görə, bunu Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim […]

İdman

Nazirlikdən federasiya rəsmisinin iradına münasibət: “Onun fikirləri məlumatsızlıqdandır”

Gənclər və İdman Nazirliyi Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Hafiz Verdiyevin Oxu.Az saytına verdiyi açıqlama ilə bağlı mövqeyini bildirib. Nazirlik Oxu.Az-ın sorğusuna cavab olaraq federasiya rəsmisinin iradının düzgün olmadığını vurğulayıb: “10 iyun tarixli müsahibəsində səslənən fikirlərlə bağlı Azərbaycan Pauerliftinq Federasiyanın baş katibi Hafiz Verdiyevlə nazirliyin İdman Şöbəsində görüş keçirilib. Görüş zamanı H.Verdiyevə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan […]

Cəmiyyət

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunur

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Günü qeyd edilir. Bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin […]