İdman

Millətlər Liqası: Fransa öz meydanında uduzdu – VİDEO

UEFA Millətlər Liqasında bu gün IV turun növbəti matçları keçirilib. Oxu.Az xəbər verir ki, ikinci oyun günündə millimizin yer aldığı C Liqası ilə yanaşı, A və B Liqalarında da bir neçə görüş baş tutub. A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edib. Danimarkalılar turnirdəki üçüncü qələbəni qazanaraq, xallarının sayını […]

Dünya

Rusiyanın keçmiş baş naziri: “Ukrayna müharibədə uduzsa, Rusiya Baltikyanı ölkələrə hücum edəcək”

Ukrayna Rusiya ilə müharibədə qalib gəlməsə, Rusiyanın növbəti hədəfi Baltikyanı ölkələr olacaq. Bunu Rusiyanın keçmiş baş nazir Mixail Kasyanov “France 24”ə deyib. Müxalif rusiyalı siyasətçi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi iki ilə qədər davam edə bilər, lakin Ukrayna qalib gəlməlidir, çünki məğlub olacağı təqdirdə, Rusiya təcavüzünün növbəti hədəfi Baltikyanı ölkələr olacaq. Kasyanov Fransa prezidenti […]

Dünya

Avtomobili ilə qadını vurub mağazanın şüşələrinə çırpdı – ANBAAN VİDEO

Türkiyənin paytaxtı Ankarada piyadanın ağır xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Hadisə ərazidə olan mağazalardan birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Park etdiyi avtomobilini hərəkətə gətirən sürücü idarəetməni itirərək səki ilə hərəkət edən qadına çırpıb. Bu azmış kimi avtomobil qadını sürüyərək mağazanın şüşələrinə çırpıb. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Mənbə: […]

Dünya

Uzun saçlarını kəsdirməkdən imtina edən “Taliban” döyüşçüləri müraciət yayıblar – VİDEO

Əfqanıstanda bir qrup “Taliban” döyüşçüsü uzun saçlarını kəsdirməkdən imtina etdiklərinə görə təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Döyüşçülər videomüraciət vasitəsi ilə iddia ediblər ki, Qadağalar Nazirliyi şəxsi heyətin zahiri görünüşünü səliqəyə salmaq adı altında onlardan saçlarını zorla qısaltmağı tələb edir.    Döyüşçülər saçlarını kəsdirməkdən imtina etdiklərinə görə hərbi rəhbərlik tərəfindən təhqir və təzyiqlərlə üzləşdiklərini vurğulayıblar. Məlumat üçün qeyd edək […]

Cəmiyyət

Yeniyetmə oğlan narkoloji dispanserdən buraxıldıqdan sonra küçədə dilənçilik edir – VİDEO

Yeniyetmə oğlan narkoloji dispanserdən buraxıldıqdan sonra küçədə dilənçilik etməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, videodakı Ruslan adlı oğlan 3 ay narkoloji dispanserdə yatandan sonra yenə buraxılıb, lakin bununla belə bu halda uşağın qapalı müəssisədə qalmalı olduğunu qeyd edib. […]

Cəmiyyət

Bakıda “Porsche” yeniyetməni vuraraq öldürdü – FOTO

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb. APA xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib. Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu “Porsche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb. Xeberal.az

İdman

“Real”dan ayrılan Marselo “Fənərbağça”ya keçə bilər

Müdafiəçi Marselo Madrid “Real”ından ayrıldıqdan sonra Türkiyə çempionatına yollana bilər. Məlumata görə, braziliyalı ilə “Fənərbağça” klubu maraqlanır. İstanbullular ona yaxın günlərdə müqavilə bağlamaq üçün təklif göndərməyə hazırlaşır. Futbolçunun özü Çempionlar Liqasında oynamaq istəyir. Lakin Türkiyəyə köçməyi düşünməyə də hazırdır. Marselo ildə təxminən 6 milyon avro qanorar tələb edir. Müdafiəçi ilə Fransa, Qətər və Braziliya klubları […]

Cəmiyyət

Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin […]

Cəmiyyət

Goranboyda güclü yağış fəsadlara səbəb olub: Bəzi kəndlərdə elektrik enerjisi kəsilib

Goranboy rayonun bir sıra kəndlərində saatlardır elektrik enerjisi kəsilib. Bizim.Media xəbər verir ki, gün ərzində yağan davamlı yağışlar elektirik xətlərində qısaqapanmalara səbəb olub. Nəticədə rayonun Eyvazlılar, Boluslu, Məşədi Qaralar, Nərimanlı və Zeynallı kəndlərində elektrik enerjisinin veriişi dayanıb. Aidiyyati qurumlar fəsadlarının aradan qaldlrılması üçün iş aparır. Xeberal.az