Dünya

İranda aerokosmik texnika sahəsində tanınmış gənc alim müəmmalı şəkildə öldü – FOTO

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim Əyyub Entezari müəmmalı şəkildə ölüb. İİR mediasında gənc elm adamının qida zəhərlənməsindən öldüyü yazılıb. Ancaq onun İsrailin xarici kəşfiyyatı (MOSSAD) tərəfindən öldürülə biləcəyi barədə də məlumatlar var. Rəsmi Tehran bu iddia ilə bağlı açıqlama verməyib. Məlumata görə, Entezari 2017-ci ildə aeronavtika və mexanika üzrə fəlsəfə doktoru dərəcəsini bitirib, Yəzd şəhərindəki elmi […]

İqtisadiyyat

Qiymət azalmasını gözləmək absurddur: Kirayə mənzilləri bahalaşdıran səbəblər – ARAŞDIRMA

Son vaxtlar kirayə mənzil bazarında qiymətlər cib yandırır. Adətən yaz-yay aylarında kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunsa da, indi nəinki ucuz, baha ev belə tapmaq olmur. Tələbat çox, təklif azdır. Hətta evlərin üstündə dava edən müştərilər belə var. Əvvəllər 500-600 manatlıq evlər lüks hesab olunurdusa, indi o qiymətə sadə şəraitli ev tapmaq çox çətindir. Bəs səbəb […]

Müharibə

Hərbçilərimiz zirehli texnikanı işə saldılar: Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri ssenariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər. Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini […]

Mədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalça kolleksiyası və kitab təqdim olunub – FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub-saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. Oxu.Az xəbər verir ki, icrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib. Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın […]

Kriminal

Bağlanan “AmrahBank”ın sahibi növbəti dəfə məhkəməlik olub

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə növbəti dəfə məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozub. Bu maddədə qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni […]

Dünya

“Mehriban düşmən”lərin səyləri: Planda nələr var? – TƏHLİL

Rusiyanın Ukraynaya hücumu başlayanda Qərb də, Çin də gözləmə mövqeyinə çəkilərək gedişatları təhlil etdilər və bir müddət sonra siyasətlərinin istiqamətlərini müəyyənləşdirdilər. Çin Rusiyaya qarşı sanksiyalar dalğasının tərkibində olmasa da, Ukraynanın suverenliyinə hörmət çağırışlarına qoşuldu, hərçənd ki, Moskva-Pekin əlaqələrinin faktiki vəziyyəti Rusiyanın xeyrinə işləyir.   Çinlə Rusiyanı yaxınlaşdıran dəyəri Qərb formalaşdırır, Qərbin Moskva və Pekinə qarşı artan […]

Kriminal

Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs saxlanılıb

Bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb. Saxlanılan şəxs əməlini etiraf edib. […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində “AFFFAIR in Carpets” dəfiləsi və yeni xalçaların təqdimatı olub – FOTO/VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Oxu.Az xəbər verir ki, iyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı AFFFAIR markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və “Sumakh” geyim […]

Cəmiyyət

Abşeron rayonda “Şuşa İli”nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib

Abşeron rayon İcra Hakimiyyəti, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqı və İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr olunmuş rəsm sərgi- tədbiri keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının sədri […]

Ana Səhfə

Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir

Cənubi Qafqazda zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan yeganə ölkə demək olar ki, Azərbaycan Respublikasıdır. Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Ölkəmiz daxili bazarda öz tələbatlarını tam təmin […]