Siyasət

Mərkəzi Bankın səlahiyyətləri AZALDILDI

Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətləri azaldılıb. Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən edəcək. İndiyə qədər bu səlahiyyətlər Mərkəzi Bankda olub. Xeberal.az

Siyasət

Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib – FOTO

3 iyun 2022-ci il tarixində İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamenti arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin […]

Mədəniyyət

Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirildi, gürcü xadimlər təltif edilidi – FOTO

Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbir keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət […]

Dünya

Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı təklif edib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib. “NATO-nun Madriddə keçiriləcək sammiti zamanı… (alyans – red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə […]

Cəmiyyət

Azərbaycanda yeni göl yarandı – FOTO/VİDEO

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb. Bu barədə Lent.az-a Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib. Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib. Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ […]

Cəmiyyət

Sabirabadda avtomobil dəmir betona çırpılıb, xəsarət alanlar var

Sabirabadda avtomobil dəmir betona çırpılıb. “Report” xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dəmir betona çırpılıb. Qəza nəticəsində rayonun Məmişlər kənd sakinləri, 1954-cü il təvəllüdlü Həziyev Vilayət Mirzağa oğlu və Teymurov Mahir Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar […]

Cəmiyyət

Yelena Malışeva: “Mən rus qadınıyam və rus qadınları azərbaycanlıları sevir”

Rusiyanın tanınmış həkimi və teleaparıcısı Yelena Malışeva Bakıda səfərdədir. Bu gün o, tibb televiziyasının (Səhiyyə TV) verilişində iştirak edib. “Bu, mənim Bakıya ilk səfərimdir. Bütün bakılı dostlarım deyirdilər ki, əgər bu dəfə də Azərbaycanın paytaxtına gəlməsən, o zaman həyatın boşuna ötüb keçmiş olacaq. Təbii ki, hələ gəzməyə vaxtım olmayıb, amma otel otağından Xəzərin mənzərəsindən həzz alıram”, […]

İqtisadiyyat

Yarışa baxmaq üçün Bakıda eyvanlar kirayə verilir: FANTASTİK QİYMƏTLƏR

“Formula 1” ilə əlaqədar mərkəzi küçələrdəki mənzillərin kirayə qiyməti artıb. Lent.az xəbər verir ki, eyvanları Bakı Şəhər Halqasına baxan mənzillərin qiymətləri 1000 manatdan 1500-2000 manata qədər artıb. Həmçinin mənzillərin təkcə eyvanlarını da kirayə verənlər var. Onların qiymətləri 500 manat və daha çox olacaq. Kirayə götürən şəxslərlə bağlı tək tələb yarış zolağına yad əşyaların atılmamasıdır.  Xeberal.az

Cəmiyyət

Nərmin Quliyeva cinayəti ilə bağlı iki şahid danışdı: “İlkinlə toyda idik”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin tələbi ilə dindirilməsi təmin olunan iki şahid ifadə verib. İclasda ifadə verən şahid Rüstəm Süleymanov […]

Siyasət

ABŞ konqresmenləri Bakıya gəldi – FOTO

ABŞ konqresmenləri Azərbaycana səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri […]