Kriminal

Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDU – YENİLƏNİB + FOTO

Biləsuvarda intihar edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində intihar edib. Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb. Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana […]

Müharibə

Kərim Vəliyev “TEKNOFEST 2022” festivalı ilə bağlı əraziyə baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST 2022” festivalı ilə bağlı əraziyə baxış keçirib. Oxu.Az xəbər verir ki, general-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalara baxış keçirib. O, həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib. Könül Cəfərli Xeberal.az

Kriminal

Azərbaycanda keçmiş məhkum polisdən qaçmaq istədi: Atəş açıldı

Azərbaycanda polis qaçmaq istəyən şəxsi tutarkən havaya atəş açıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya bir dəfə […]

İqtisadiyyat

Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Fərhad Quliyevə həvalə edilib. O, bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub. F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu […]

İqtisadiyyat

Rusiyanı dərin iqtisadi böhran gözləyir: Zərər 100 milyard dollara çatdı

Embarqo tam qüvvəyə minəndən sonra Rusiyanın neft ixracı gündəlik 7 milyon bareldən 3 milyona düşəcək. İqtisadçıların Rusiya ilə bağlı proqnozları bədbindir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinadən bildirirlər ki, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq. Ölkənin dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir. Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Ukraynaya müdaxilə […]

Kriminal

Bakıda TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb – FOTO/VİDEO

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan, əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi […]

Müharibə

Azad edilən ərazilərdə son bir həftədə neçə mina aşkarlanıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 413 hektar […]

İqtisadiyyat

Lənkəranda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib – FOTO

Mayın 22-də Lənkəran şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. Heydər Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və s. rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada yerli istehsal […]

İqtisadiyyat

Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları KƏSKİN BAHALAŞDI – VİDEO

Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. “Xəzər Xəbər” mövzu ilə bağlı araşdırma edib. Belə ki, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təklif olunur. Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır. Yağ satışı ilə məşğul […]

Kriminal

Cəlilabadda məktəblinin ölümünə görə “Azərişıq” ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib

2022-ci ilin fevralın 8-i Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bununla bağlı Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional […]