Siyasət

İrandan Livana silah daşıyan şəxs İFŞA OLUNDU: Onun Qasım Süleymani ilə əlaqəsi nə idi? – VİDEO

Mayın 20-də beynəlxalq mediada qaçaq yolu ilə İrandan Livandakı Hizbullah qruplaşması üçün silah daşıyan əsas şəxs barədə sensasiya sayıla biləcək məlumat yayıldı. Bu barədə “Azad İran” “YouTube” kanalı məlumat verib. İsrail Müdafiə Nazirliyinə istinadla yayılmış həmin məlumatda bildirilir ki, bu şəxs İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni Sepahın Qüds qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin kürəkəni […]

Cəmiyyət

Üç yaşlı uşağı öldürüb AZADLIQDA QALDI: “Qiyamət günü olduğunu düşündüm”

Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin iyulunda baş verib və məhkəmə çəkişməsi bir neçə gün öncə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi E.Hüseynovun cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və ona cəza verilməyib. Hadisə günü Elmir xalası oğlu ilə birlikdə etdiyi […]

İdman

Premyer Liqa yekunlaşdı: “Qarabağ”la “Sumqayıt” darmadağına sevindi, turnirin bombardiri bəlli oldu

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub. Oxu.Az xəbər verir ki, son turun son iki oyununda darmadağın qeydə alınıb. Əvvəlcə “Sumqayıt” “Səbail”i meydana çıxmağına peşman edib. Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar […]

Cəmiyyət

Azərbaycan diasporunun üzvü: “İsveçililər Ərdoğana etiraz edirlər” – VİDEO

İsveçin NATO-ya üzv olmağa hazırlaşdığı heç kim üçün sirr deyil. Artıq ölkə bu niyyətlə rəsmi şəkildə alyansa da müraciət edib. Bəs, görəsən isveçlilər bu barədə nə düşünür? “Baku TV” Skandinaviya ölkəsi cəmiyyətindəki mövcud əhval-ruhiyyəni öyrənmək üçün İsveçdəki Azərbaycan diasporunun üzvü Emin Mirzəyevlə danışıb. Daha ətraflı süjetdə:   Xeberal.az

Cəmiyyət

Təməli futbol sayəsində atılan AİLƏ: “Ah qadınlar, qadınlar” – MÜSAHİBƏ

Maksim Medvedev: “Olqa əvvəllər ancaq “rolton” hazırlasa da, indi milli yeməklərimizi də bişirməyi öyrənib” Olqa Medvedeva: “Axşam vaxtı bazanın hasarından aşıb qaçırdıq ki, görüşək”  Deyirlər ki, futbol həyatımızda olmasaydı, bəlkə də, heç vaxt görüşməyəcəkdik. Ailə xoşbəxtliklərini də, karyera uğurlarını da futbola borcludurlar. “Kaspi” qəzetinin “Ailə” rubrikamızın budəfəki cütlüyü “Qarabağ”ın və Azərbaycan yığmasının kapitanı Maksim Medvedev […]

Cəmiyyət

Gürcüstan müsəlmanları ermənilərin vandallıqları ilə tanış oldular – FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları Füzuli rayonuna səfəri başlayıb. İdarənin əməkdaşları ermənilərin Füzulidəki vandallıqları ilə tanış olublar. “Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qonaqlar səfərlərini Füzulinin Merdinli kəndində olan və ermənilərin işğalında olduğu müddət ərzində donuz saxlamaq kimi istifadə etdikləri kənd məscidinə baxıblar. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası […]

Dünya

İranda hərbçilər təlimlərdə yenə bir-birini vuraraq öldürdülər – VİDEO

İran hərbçiləri təlimlərdə “şərti düşmən” əvəzinə, öz hərbçilərini öldürməyə davam edir. Bu dəfə hadisə nəticəsində “Sepah” üzvü təlimlərdə “Bəsic” üzvünü güllə ilə vuraraq öldürüb. Qeyd etmək lazımdır ki, İranda hərbi təlimlər zamanı dəfələrlə belə hadisələr yaşanıb. Hətta 2019-cu ildə İranın Hərbi Dəniz Qüvvələri təlimlər zamanı öz gəmisini raketlə vuraraq onlarla hərbçisini öldürmüşdü.   Xeberal.az