Dünya

İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı

“Bloomberg” agentliyi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində Türkiyənin tələblərini açıqlayıb. Məlumata görə, Ankara İsveç və Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyasının və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib. Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 […]

MARAQLI

Bir həftə cəngəllikdə tək, susuz və qidasız qalan 75 yaşlı turist qadın sağ tapılıb – FOTO/VİDEO

Tailandda yeddi gün vəhşi cəngəllikdə su və yeməksiz yaşayan və möcüzə nəticəsində sağ qalan yaşlı qadın xilas edilib. Almaniyadan olan 75 yaşlı turist Barbara Elizabet Monika Qleq Lenq Phuketdəki hoteldən gəzinti üçün çıxıb və bir həftə ondan məlumat almaq mümkün olmayıb. Yerli polis qadının tapılması üçün genişmiqyaslı axtarışlar təşkil edib – xilasedicilər bir neçə gün helikopterlərlə ətrafa […]

Dünya

Zelenski Kann Kino Festivalının açılış mərasimində çıxış edib

Fransada iki illik fasilədən sonra Beynəlxalq Kann Kino Festivalı öz işinə başlayıb. Açılış mərasimində Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib. Siyasətçi Kiyevdən videobağlantı vasitəsilə zalda əyləşənlərə üz tutub. Dövlət başçısı Çarli Çaplinin “Böyük diktator”unu xatırladıb, həmçinin Frensis Ford Koppolanın “Apokalipsis bu gün” filmindən sitat gətirib. Məlumat üçün bildirək ki, builki əsas müsabiqə proqramına 21 film […]

Cəmiyyət

Bakıdakı yanğında ölən şəxsin kimliyi AÇIQLANDI

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş vermişdir. Baş prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir. İlkin məlumata əsasən, […]

İdman

Di Marianın yeni klubu bəlli oldu

Anxel Di Marianın yeni klubu bəlli olub. Yayda 34 yaşlı futbolçu azad agent statusu ilə PSJ-dən “Yuventus”a keçəcək. Argentinalı Turin klubu ilə bir illik müqavilə imzalayıb. Di Marianın hələ A Seriyasında oynamaq təcrübəsi olmayıb. Əvvəllər o, İspaniya, İngiltərə, Portuqaliya və Fransa çempionatlarında çıxış edib. 2015-ci ildən yarımmüdafiəçi PSJ-nin formasını geyinir və 5 dəfə Fransa çempionu […]