Dünya

Yaşayış məhəlləsində havaya bir neçə dəfə atəş açdı: Polis sərbəst buraxdı – VİDEO

İstanbulun Beyoğlu rayonunda məhəllədən keçən üç kişidən biri səbəbsiz tapança ilə havaya bir neçə dəfə atəş açıb. Nəticədə güllərdən bir neçəsi məhəllədəki evlərdən birinin mətbəxin pəncərəsindən içəri daxil olub. İnsident nəticəsində ölən və yaralanan olmasa da, sakinlər təşviş keçirib. Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç kişini saxlasa da, bir neçə saatlıq sorğu-sualdan sonra onlar […]

İdman

Çin Asiya Futbol Kubokuna ev sahibliyindən imtina etdi

Çin COVID-19 epidemiyası səbəbindən Asiya Futbol Federasiyasının (AFC) 2023-cü ildə keçiriləcək Asiya Futbol Kubokuna ev sahibliyindən imtina edib. Bu barədə AFC-nin saytında dərc olunan açıqlamada bildirilir. Qeyd olunur ki, Çin Futbol Assosiasiyası (CFA) tədbiri təşkil edə bilməyəcəyini bəyan edib. Kuboka başqa ölkənin ev sahibliyi edəcəyi təxmin olunur. Xeberal.az

Dünya

Müharibə nəticəsində Ukraynanın dəmir yolu şəbəkəsinin 23 faizi sıradan çıxıb

Rusiya işğalı nəticəsində Ukrayna dəmir yolu şəbəkəsinin təxminən 23%-ni itirib. Bu açıqlama ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov çıxış edib. “Rusiya qoşunları Ukraynanın mülki infrastrukturunu qəsdən məhv edir. Təkcə sənədləşdirilmiş itkilərin məbləği artıq 90 milyard dollardan çox olub və bu rəqəm müharibənin hər günü artır” – deyə ukraynalı nazir vurğulayıb. Aleksandr Kubrakov əlavə edib ki, […]

Dünya

ABŞ-da silahlı şəxs supermarketə daxil olub səkkiz nəfəri qətlə yetirdi – VİDEO

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketə daxil olan silahlı şəxs səkkiz nəfəri qətlə yetirib. Daha bir neçə nəfərin yaralı olduğu bildirilir.  Qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hələlik cinayətin motivləri məlum deyil. Şahidlər bildiriblər ki, cinayəti törədən şəxs hərbi formada olub və qarşısına çıxanların baş nahiyəsinə atəş açıb. Mənbə: News.ru Xeberal.az

İdman

Ukraynalı futbolçu mətbuat konfransında göz yaşlarına hakim ola bilmədi – VİDEO

Ukraynanın “Dinamo” futbol klubu ilə Estoniyanın “Flora” klubu arasında yoldaşlıq görüşü keçirilib. Xeyriyyə məqsədi ilə baş tutan oyunda Ukrayna klubu 3:0 hesabı ilə qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini söyləyən “Dinamo”nun futbolçusu Aleksandr Andrievski göz yaşlarına hakim ola bilməyib. “Baş verənləri sözlə ifadə etmək çətindir. Mən ilk növbədə hazırda çətin dövr […]

Dünya

Britaniyada “meymun çiçəyi” virusu yayılır

Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) daha iki insanda “meymun çiçəyi” xəstəliyinə yoluxma faktını qeydə alıb. Bu barədə agentliyin açıqlamasında bildirilir. Bundan əvvəl, mayın 7-də britaniyalı həkimlər Britaniyada xəstəliyə ilk yoluxma halı barədə məlumat vermişdilər. “Bu xəstələr eyni evdə birlikdə yaşayırlar. Onların mayın 7-də elan edilmiş əvvəlki təsdiqlənmiş hadisə ilə əlaqəsi yoxdur. Onların harada və necə […]

Dünya

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qanunla qadağan edildi

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada rusiyayönlü partiyaların fəaliyyətinin qadağan edilməsi haqqında” qanun imzalayıb. Bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb. “Söhbət Ukraynanın “suverenliyinə və ya ərazi bütövlüyünə xələl gətirməyə” yönəlmiş partiyaların fəaliyyətindən gedir”, – məlumatda qeyd olunur. Qanunda həmçinin göstərilir ki, fəaliyyətinə qadağa qoyulacaq partiyaların Ali Məhkəmənin qərarından şikayət verilmək hüququ da tanınmayacaq. […]

MARAQLI

Siçan işçiyə meydan oxudu – VİDEO

Türkiyənin Kocaeli vilayətində təkər sexinə girən siçanın işçidən qorxmaması təhlükəsizlik kamerasına əks olunub. Çay fasiləsində telefonla danışan fəhlə A.H siçanın ona doğru yaxınlaşdığını görüb ayağı ilə onu vurur, yenə telefonu ilə danışmağa davam edir. Eyni vəziyyət bir neçə dəfə təkrarlanır. Hadisəni izah edən iş yerinin sahibi Seyhan Kırtay deyib ki, bilmədik siçan dostumuzdan qorxdu, ya dostumuz […]

Cəmiyyət

Bakıda şadlıq sarayında YANĞIN

Bakıda şadlıq sarayında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. […]

MARAQLI

Qəribə oğurluq: Məktub yazdı, yemək bişirib yedi, duş qəbul etdi… – FOTO

Türkiyənin Pamukkale şəhərində qəribə oğurluq hadisəsi baş verib. Belə ki, ailəsi ilə başqa şəhərə gedən Levent Karademir evinə qayıdanda evinə oğru girdiyinin fərqinə varıb. Masanın üzərində “Sadəcə ehtiyacım olanları götürdüm. Allah sizə daha yaxşılarını versin” yazılan qeyd olub. Məlum olub ki, oğru noutbuk və paltarları aparıb. Bundan başqa, o, özünə qiyməli yumurta bişirib və duş […]