Mədəniyyət

Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib – FOTO

Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib. “Report” xəbər verir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunub. Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada açıb. Festivalın çoxsaylı qonaqları yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə […]

Cəmiyyət

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektinlə qeydə alınıb. Gəncə sakini, 1963-cü il təvəllüdlü Vəliyev İlyas Oruc oğlu yolu qarşı tərəfə keçərkən avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Almaniya XİN: “İsveç və Finlandiya artıq faktiki olaraq NATO üzvüdür”

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, İsveç və Finlandiya Almaniyanın Avropa İttifaqındakı müttəfiqləri kimi, formal olaraq üzv olmasalar da, əslində NATO-nun bir hissəsidir. O, qeyd edib ki, əgər bu ölkələr təşkilata üzvlük üçün müraciət edərsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək. “Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Onlar formal üzvlük olmadan belə artıq faktiki […]

Cəmiyyət

Bakıda qalib gələn ukraynalı atlet Rusiya telekanalına müsahibədən imtina etdi – VİDEO

Heydər Əliyev Fondunun 5-ci dəfə “Küləyə qalib gə” şüarı ilə təşkil etdiyi “Bakı Marafonu-2022”nin qadınlar kateqoriyasında qalibi Valentina Veretskaya yarışdan sonra diqqət mərkəzinə düşüb. Oxu.Az-ın xəbərinə görə, o, Azərbaycan telekanallarına təmsil etdiyi ölkə kürəyində Ukrayna bayrağı müsahibə verib. Lakin o, ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Mir” telekanalına müsahibə verməkdən imtina edib. Kanalın müxbiri müsahibəyə nə qədər […]

Cəmiyyət

Türkiyə üçün prioritet layihə – “Akkuyu” AES

Türkiyə ilə Rusiya arasında “əsrin layihəsi” kimi qeyd olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşası reallaşmaq üzrədir. Bu müjdəni türk xalqına çatdıran prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin ilk nüvə stansiyası gələn ilin sonuna qədər istifadəyə veriləcək.  Bir çoxları hesab edirdi ki, Türkiyə Ukraynadakı müharibə səbəbindən Rusiya ilə bu razılaşmanı donduracaq. Və etiraf etmək […]

Cəmiyyət

ABŞ səfirliyi Bakı marafonunun iştirakçılarını təbrik edib – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun idmançılarını təbrik edib. Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib. “ABŞ səfirliyi bu gün Bakı Marafonu yarışında iştirak edən idmançılara qoşulub. Bütün iştirakçıları təbrik edirik!”, – səfirlikdən bildirilib. Qeyd edək ki, marafonun kişi iştirakçıları arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. […]

İdman

“Ağ canavar” səkkizinci dəfə Dünya Kubokunun qalibi oldu – VİDEO

Kikboksçu Eduard Məmmədov bu gün Türkiyənin İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə Dünya Kubokunda çıxış edib. Oxu.Az xəbər verir ki, “Ağ canavar” ləqəbli idmançımız turnirin qalibi olub. O, dünya Kubokunda 63 kq çəki dərəcəsində “Master-klass”da üç döyüş keçirərək finalda Türkiyə idmançısı Sırma Ecvet üzərində qələbə qazanıb. Qeyd edək ki, bununla da E.Məmmədova WAKO üzrə turnirin […]

İdman

İspaniyada basketbol klubunun prezidenti oyunçularını diz çökdürərək üzr istədib

İspaniyanın “Burqos” basketbol klubunun prezidenti Feliks Sançes komandanın ölkə çempionatını tərk etməsinə verdiyi reaksiya ilə qalmaqala səbəb olub. Sançesin klubu ACB liqasından aşağı liqaya enib. Matçdan sonra o, azarkeşlərin qarşısında diz çökərək oyunçularından da bunu tələb edib. Onlar tərəddüd etsələr də, nəhayət, baş məşqçinin tələbinə tabe olublar. Azarkeşlər isə sosial şəbəkədə Sançesi basketbolçularla bu cür […]

Cəmiyyət

Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMA

Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.  Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə […]