Dünya

Finlandiya prezidenti NATO-ya üzv olmaq niyyətini açıqladı

Finlandiya Prezidenti Sauli Niinistö telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ölkənin NATO-ya üzv olmaq niyyəti barədə məlumat verib. Bu barədə Finlandiya rəhbərinin ofisi məlumat yayıb: “Prezident Niinistö Rusiyanın ölkələrin 2021-ci ilin sonunda NATO-ya üzv olmasının qarşısını almaq tələblərinin və Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzünün Finlandiyanın təhlükəsizlik vəziyyətinin əsaslı şəkildə necə dəyişdiyi barədə Prezident […]

Dünya

Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədir – TƏHLİL

Rusiya mediası, siyasətçilər Moldovadakı durumu süni surətdə şişirdirlər. İddia edirlər ki, bu ölkədə rusların hüquqları pozulur. Hətta Kremlin Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Prosesin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər?  Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Ukrayna ilə Rusiya […]

Cəmiyyət

“Eurovision 2022” təmsilçimizdən finalöncəsi AÇIQLAMA

“Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri dünyanın ən böyük canlı musiqi tədbiri olan “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib. “Eurovision” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Eurovision” gələn il bütün […]

İdman

Levandovski Herd Müllerin rekordunu təkrarladı

Polşalı hücumçu Robert Levandovski 7-ci dəfə Almaniya Bundesliqasının bombardiri olub. “Bavariya”nın hücumçusu mövsümdə 35-ci qoluna imza atıb. Qeyd olunur ki, bununla da 33 yaşlı hücumçu Bundesliqasının 7 dəfə bombardiri olmuş əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb. Xatırladaq ki, Robert Levandovski keçən mövsüm Bundesliqada 41 qol vurmağı bacarmışdı. Mənbə: OptaFranz Xeberal.az

Cəmiyyət

Bakıda icazəsiz etiraz aksiyası – VİDEO

Paytaxtın mərkəzində, Fəvvarələr meydanında icazəsiz etiraz aksiyası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb. Bir qrup şəxs polisin əvvəlcədən etdiyi xəbərdarlığa baxmayaraq, icazəsiz aksiya keçirməyə cəhd edib. Polis əməkdaşları qısa zamanda aksiyanın qarşısını alıb. Daha ətraflı sujetdə: Xeberal.az

Dünya

“Caliber”: “İblisi müqəddəsləşdirib dünyanı nüvə müharibəsinə qərq etmək” – VİDEO

Rusiya – Ukrayna müharibəsi uzundıqca ağılsızlığın həddi özünü daha qabarıq göstərərək, nəinki dünya ictimaiyyətini, hətta Rusiya cəmiyyətinin buna öyrəşməkdən boyun qaçıran hissəsini də şoka salır. Bu barədə “Caliber”in yeni süjetində məlumat verilir. Videomaterialda bildirlir ki, Rusiyada baş verənlərə diqqətlə baxanda jirinovskilərin, kakaşovların və nikonovların olub-olmamasından asılı olmayaraq, cəmiyyətin özünü məhv etmək ehtirasının artıq zehinləri tamamilə zəbt […]

Dünya

Ukrayna ordusu Rusiya ilə sərhəddə yerləşən kəndi azad etdi – FOTO

Ukrayna ordusu Xarkov vilayətində yerləşən Prikordonna kəndini Rusiya silahlı qüvvələrindən azad edib. Bu barədə hərbi jurnalist Andrey Saplienko məlumat yayıb. “Xarkovun şimalında daha bir kənd azad edildi. Dövlət sərhədinə cəmi yüzlərlə metr var”, – A. Saplienko qeyd edib. Jurnalist işğaldan azad edilən yaşayış məntəqəsinin girəcəyindən və Ukrayna hərbçiləri ilə çəkdirdiyi fotoları da paylaşıb. Mənbə: Objectiv.tv […]

Cəmiyyət

Əməkdar rəssamı pulla iş həll etmək adı ilə aldatdılar: 15 min aldılar

Əməkdar rəssam Yelena Haqverdiyeva dələduzluğa məruz qalıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb. Belə ki, Y.Haqevrdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ə.Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib. Ələddin eyni əməli daha […]

Cəmiyyət

Bakıda polkovnik-leytenant iş başında ÖLDÜ – FOTO

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Qafqazinfo.az-ın məlumatına görə, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib. İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Anar oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib. Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı […]

İqtisadiyyat

G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Böyük Yeddilik (G7) ölkələri Rusiya Federasiyasının asılı olduğu sektorlara qarşı sanksiyaları genişləndirməyi düşünürlər. Bu barədə G7 ölkələrinin müvafiq bəyanatında deyilir: “Biz Rusiyaya iqtisadi və siyasi təzyiqləri daha da artırmaq əzmində olduğumuzu bir daha təsdiqləyirik”. G7 ölkələri həmçinin Çini Rusiya Federasiyasına kömək etməməyə çağırıblar. Xatırladaq ki, G7 ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir. […]