Dünya

Makron Aİ-yə alternativ yaratmağı təklif edib

Ukrayna və Avropanın digər ölkələrinin Aİ-yə daxil olmaqla yanaşı, Avropa birliyinə inteqrasiya üçün alternativ variantı olmalıdır. Bunu Fransa prezidenti Emmanuel Makron deyib. “Biz mənim Avropa siyasi icması adlandırdığım bir qurum yaratmalıyıq. Avropanın bu yeni təşkilatı bizim əsas prinsiplərimizə sadiq qalan demokratik Avropa ölkələrinə yeni əməkdaşlıq imkanları – siyasi, müdafiə, enerji və nəqliyyat, investisiya, infrastruktur, sərhəd […]

Dünya

İranda Xameneiyə qarşı şüarlar SƏSLƏNDİRİLDİ – VİDEO

İranın əksər bölgələrində ölkədə gündəlik təlabat mallarının qiymətlərinin artırılmasına qarşı əhalinin etiraz mitinqləri davam edir. “Azad İran” Telegram kanalı xəbər verir ki, Xuzestan vilayətinin Məscid- Süleyman şəhərində baş tutan mitinqdə insanlar ölkənin dini rəhbəri Əli Xameneiyə qarşı kəskin şüarlar səsləndiriblər. Onlar “Xamenei rədd olsun” kimi şüarlarla kəskin bahalaşmaya öz etirazlarını bildiriblər. Xeberal.az

Dünya

Aİ Rusiyaya qarşı sanksiyaların neftlə bağlı hissəsini yumşalda bilər

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketində ölkə neftinin ixracı ilə bağlı təklif olunan məhdudiyyətləri zəiflədə bilər. Məsələn, birlik Rusiya neftinin Aİ-yə məxsus gəmilərlə üçüncü ölkələrə daşınmasına dair təklif edilən qadağanı ləğv edə bilər. Üçüncü ölkələrə ixracla bağlı müddəanın istisna edilməsi, digərləri ilə yanaşı, iqtisadiyyatı əsasən gəmiçilikdən asılı olan Yunanıstan tərəfindən təkidlə tələb edilib. Yunanıstanın […]

Siyasət

Milli Məclisin sədri İsveçrəyə rəsmi səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib […]

Cəmiyyət

Ukraynada yaralanan azərbaycanlı sürücü ilə bağlı XƏBƏR VAR – FOTO

Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhəti ilə bağlı məlumat verilib.  Oxu.Az xəbər verir ki, onun səhhətində artıq irəliləyiş müşahidə olunur. S.Tahirov 28 fevral tarixində Ukraynanın Xarkov şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb. Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. 18 mart 2022-ci […]

Dünya

Finlandiya və İsveç sürətləndirilmiş prosedurla NATO-ya üzv ola bilər

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəlsələr, təsdiqləmə prosesi bir neçə həftə ərzində tamamlana bilər. Bu halda ərizə verildiyi andan qoşulma protokollarının imzalanmasına qədər cəmi iki həftə vaxt lazım olacaq. Bu barədə NATO-nun Brüsseldəki sözçüsü bildirib. Onun sözlərinə görə, üzvlüklə bağlı danışıqların özü hər bir ölkə üçün bir gün çəkə bilər. […]

Kriminal

Oğurluq edən keçmiş məhkum tutuldu

Bakıda mağazanın anbarından oğurluq edilib. Ölkə.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2 500 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum […]

Dünya

Rusiyada meşə yanğınlarında qurbanların sayı artdı – VİDEO

Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb. Bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat verilib. Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi. Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır. Həmçinin 518 yaşayış binası və […]

Cəmiyyət

Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb

Zaqatala rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb. “Report”un məlumatına görə, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə aparılarkən yolda keçinib. Qeyd edək ki, bu, Fatimət Musayevanın birinci hamiləliyi olub. Xeberal.az