Cəmiyyət

Aqrotexniki qaydada çətənə yetişdirən şəxs: “Peşmanam” – VİDEO

Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz  rayonunun Ləcət kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ruslan Abdurzayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib […]

Mədəniyyət

“Şərəf” və “Şöhrət” ordenli rəqqasə: “Məni valeh etdilər”

“Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər”. Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli rəqqasə Roza Cəlilova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində deyib. “Rüfətin (Ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə – red.) əziyyəti sayəsində rəqs ansamblı çox yüksək səviyyədədir. Oğlanların rəqsini izləyəndə sanki Rüfəti gördüm. O, gənc vaxtı gəldi, rəqs etdi, […]

Mədəniyyət

Xalq artisti rəqs sənətinin incəliyindən SÖZ AÇDI

“Rəqs sənəti çox gözəl, canlı bir sənətdir, həmçinin, olduqca çətindir”. Bunu Oxu.Az-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində rəqs sənətinin incəliyindən söz açarkən deyib. “Mən çox fəxr hissi duyuram ki, bizim milli rəqslərimiz həmişə yaşayır və inkişaf edir. Bugünkü konsertdə əməyi keçən hər kəsi təbrik edirəm və […]

Dünya

II Yelizavetadan 59 il sonra bir ilk

Böyük Britaniya kraliçası II Yelizaveta bu il Britaniya parlamentinin yeni sessiyasının açılış mərasimində çıxış edə bilməyəcək. Bu barədə Bakingem sarayının mətbuat xidməti məlumat verib. Saray qərarı aprelin sonunda 96 yaşı tamam olan Ülyahəzrətin gəzinti zamanı diskomfort hiss etməsi ilə izah edib. “Kraliça bəzən hərəkət etməkdə çətinlik çəkir və həkimləri ilə məsləhətləşdikdən sonra parlamentin rəsmi açılışında […]

Dünya

Bitcoin məzənnəsi 2021-ci ilin yayından etibarən minimum səviyyəyə düşüb

Bazar ertəsi, mayın 9-da keçirilən hərrac zamanı bitcoinin qiyməti 33,49 min dollara düşüb ki, bu da 2021-ci ilin yayından etibarən ən aşağı göstəricidir. Bunu “Binance” birjasının məlumatları sübut edir. Hərrac başlayandan sonra bitcoin 3,35% ucuzlaşıb və Moskva vaxtı ilə 11,14-də 33,49 min dollara enib. Moskva vaxtı ilə 13,12-də rəqəmsal valyutanın məzənnəsi 33,39 min dollar  (-3,59%) […]

Cəmiyyət

Hacıqabulda güclü sel körpünü uçurub – FOTO

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub. “Report” xəbər verir ki, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib. Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib. Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə […]

Kriminal

Şəmkirdə bir gündə iki nəfər özünə xəsarət yetirib

Şəmkir rayonunda iki nəfər kəsici alətlə özünə xəsarət yetirib. “Report” xəbər verir ki, hadisələrdən biri şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü R.Cəfərov kəsici alətlə qol nahiyəsinə xəsarət yetirib. Daha bir hadisə isə Şəmkir şəhərinin başqa ünvanında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü T.Muradsoy hər iki qoluna kəsici alətlə […]

Dünya

Ukrayna namizədlik üçün sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanışina bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun doldurulmuş ikinci hissəsini Aİ-yə təqdim edib. Qeyd olunub ki, bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirilib. Sorğunun ikinci hissəsinin cavabları təxminən 4 min səhifədir və burada Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi […]

Dünya

Rusiyada “Ölümsüz alay” yürüşündə müharibə əleyhinə plakat daşıyan qadın saxlanılıb – FOTO

Moskva vilayətinin Korolyov şəhərində “Ölümsüz alay” yürüşünün iştirakçısı üzərində qohumunun fotoşəkili və müharibə əleyhinə yazılar olan plakat daşıyan şəxs saxlanılıb. Bu barədə saxlanılan Yekaterina Voroninanın özü məlumat verib. Qadının sözlərinə görə, o, izdihamın arasından çıxarılıb və sonra şəhərin mərkəzi polis bölməsinə aparılıb. Bundan sonra idarə binasının bütün giriş və çıxışları bağlanılıb. Qadının nədə ittiham olunduğu […]