İdman

Madrid derbisinin taleyini tək qol həll etdi – VİDEO

La Liqanın XXXV turu Madrid derbisi ilə əlamətdar olub. Oxu.Az xəbər verir ki, artıq çempionluğu təmin etmiş “Real” şəhərin digər təmsilçisi “Atletiko”nun qonağı olub. Oyunun taleyini bir qol həll edib. Matçın 40-cı dəqiqəsində Yannik Karrasko penalti zərbəsi ilə qarşılaşmanın yeganə qoluna imza atıb. Bu qələbə ilə xallarının sayını 64-ə yüksəldən “Atletiko” dördüncü pilləyə yüksəlib. Oyunun […]

Dünya

“Google” rusiyalı deputatların hesablarını bloklayır

“Google” sanksiyalara məruz qalan Rusiya Dövlət Duması deputatlarının hesablarını bloklamağa başlayıb. Bu barədə Dumanın Ailə, Qadın və Uşaq Komitəsi rəhbəri Nina Ostaninanın mətbuat xidməti məlumat yayıb. Eyni zamanda, şirkət onunla əlaqəli “YouTube” kanalını da silib. “Google” tərəfindən deputata göndərilən mesajda bildirilib ki, hesabı bərpa etmək mümkün deyil. Xatırladaq ki, Dövlət Dumasının 328 deputatı martın sonunda […]

İdman

“Milan” zirvə yolunda itkisiz irəliləyir – VİDEO

İtaliya A seriyasının XXXVI turunda “Milan” “Verona”ya qonaq olub. Oxu.Az xəbər verir ki, çempionluq yarışında əzəli rəqibi “İnter”lə ciddi mübarizə içərisində olan komanda bu səfərdən də itkisiz dönüb. Matçın gedişində hesabda geri düşən “Milan” sonradan 3 qol vuraraq qələbə qazanmağı bacarıb. Oyunun qollarını təqdim edirik: Xeberal.az

İdman

13 yaşlı ingilis futbolçu matç zamanı öldü

İngiltərənin “Kavalers” klubunun 13 yaşlı futbolçusu Samuel Akvasi matç zamanı dünyasını dəyişib. Bu barədə Nottingemşir Futbol Assosiasiyası məlumat yayıb. Hadisə mayın 7-də “Rossonyeri” ilə ev oyununda baş verib. Futbol Assosiasiyası Akvasinin vəfatı ilə bağlı başsağlığı verib. Onun komandanın bütün üzvləri arasında böyük hörmətə malik olduğu bildilrib. Xeberal.az

Dünya

Almaniya kansleri: “Putin müharibəni qazana bilməyəcək”

Almaniya kansleri Olaf Şolts Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümü münasibətilə televiziya ilə ictimaiyyətə müraciət edib. O, Rusiyanın başlatdığı müharibənin nə vaxt və necə bitəcəyini bilmədiyini deyib. “Ancaq bir şey aydındır: Rusiyanın diktə etdiyi sülh olmayacaq. Ukrayna və biz bunu qəbul etməyəcəyik. Putin müharibəni qazana bilməyəcək. Ukrayna ayaqda qalacaq, azadlıq və təhlükəsizlik qalib […]

Dünya

Nigeriya Hava Yolları yanacaq qiymətlərinin artması səbəbindən uçuşları dayandırır

Neft və təbii qazla zəngin Nigeriyada fəaliyyət göstərən “Nigerian Airlines” yanacaq qiymətlərini artması səbəbilə mayın 9-dan etibarən bütün daxili uçuşları dayandıracaq. Şirkətdən yayılan məlumata görə, yanacaq qiymətləri Rusiya-Ukrayna müharibəsi səbəbiylə təxminən 4 dəfə artıb və hava yolları son 4 ay ərzində xidmətlərə görə subsidiya verməli olub. Qeyd edək ki, mart ayından bəri Nigeriyada yanacaq qiymətlərinin […]

Dünya

Səudiyyə Ərəbistanı neft qiymətlərini aşağı salır

Səudiyyə dövlətinin nəzarətində olan “Saudi Aramco” şirkəti iyun ayında Asiyaya tədarük edəcəyi “Arab Light” markalı xam neftin qiymətini 9,35 dollardan 4,40 dollara endirib. Bu barədə Bloomberg məlumat yayıb. Bundan əlavə, Avropanın şimal-qərbi və demək olar ki, bütün Aralıq dənizi ölkələri üçün də qiymətlər aşağı salınıb. Yalnız ABŞ üçün qiymətlər may ayı səviyyəsində qalıb. Qeyd edək […]

Dünya

İsrail Milli Qvardiya yaradır

İsrail hazırda terrorla mübarizədə yeni mərhələnin başlanğıcındadır və milli qvardiya yaratmağı planlaşdırır. Bu barədə hökumətin həftəlik iclasında baş nazir Naftali Bennet bildirib. Baş nazir həmçinin mayın 5-də Elad şəhərində üç israillini öldürən iki fələstinli terrorçunu yaxalayan təhlükəsizlik qüvvələrinin hərəkətlərini alqışlayıb. Qeyd edək ki, sözügedən terror aktı martın ortalarından bəri ölkədə 19 nəfərin ölümünə səbəb olan […]

Dünya

İtaliyanın ən yaşlı sakini vəfat edib

İtaliyanın ən yaşlı sakini 112 yaşında vəfat edib. Ancela Tiraboski ad gününü aprelin 19-da qeyd edib. Lakin son günlərdə səhhəti pisləşib. Qadın dünən gecə yuxuda ikən ürək tutmasından dünyasını dəyişib. O, zəifliyinə baxmayaraq, hər gün qəzet oxuyur, televiziyada xəbərlərə baxırdı. Onun 70-85 yaşlarında olan dörd övladı var idi. Mənbə: TASS Xeberal.az