Dünya

Nigeriya Hava Yolları yanacaq qiymətlərinin artması səbəbindən uçuşları dayandırır

Sharing is caring!

Neft və təbii qazla zəngin Nigeriyada fəaliyyət göstərən “Nigerian Airlines” yanacaq qiymətlərini artması səbəbilə mayın 9-dan etibarən bütün daxili uçuşları dayandıracaq.

Şirkətdən yayılan məlumata görə, yanacaq qiymətləri Rusiya-Ukrayna müharibəsi səbəbiylə təxminən 4 dəfə artıb və hava yolları son 4 ay ərzində xidmətlərə görə subsidiya verməli olub.

Qeyd edək ki, mart ayından bəri Nigeriyada yanacaq qiymətlərinin artması səbəbindən çoxlu uçuşlar ləğv edilib və ya gecikmələr olub. Son həftələrdə bəzi marşrutlarda uçuş qiymətləri də üç dəfə artıb.

Təxminən 37 milyard barel neft ehtiyatı olan Nigeriya dünya ehtiyatlarının 3,1 faizinə sahibdir.

Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir