Dünya

Boris Conson Zelenskinin pencəyini 90 min funta satdı – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin geydiyi xaki rəngli gödəkçə “Christie’s” hərracında 90 min funt-sterlinqə (188,8 min manat) satılıb. Hərraca rəhbərlik edən Böyük Britaniyanın Baş naziri Boris Conson Zelenskini “zəmanəmizin ən heyrətamiz liderlərindən biri” adlandırıb. “Cənab Zelenskinin Ukrayna prezidenti olması Rusiya Prezidenti Vladimir Putin üçün fəlakət, lakin Ukrayna və dünya üçün xeyirdir”, – deyə hökumət başçısı vurğulayıb. […]

Cəmiyyət

İş yoldaşının bıçaqlayıb, xəstəxanaya gətirdiyi gənci xilas etmək mümkün olmadı

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağından bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub. Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas […]

İdman

“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi – VİDEO

İtaliya A seriyasının XXXVI turunun daha bir oyunu keçirilib. “Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb. Matçda ilk hissədə qol olmayıb. İkinci hissədə isə hesabı qonaq açıblar. Dibala 48-ci dəqiqədə fərqlənib. Bununla belə sona az qalmış “Cenoa” özündən güc taparaq vəziyyəti dəyişə bilib. Qudmundssonun 87-ci, Krişitonun isə 90+5-ci dəqiqədə vurduğu qollar meydan sahiblərinə qələbə qazandırıb. Matçın qollarını […]

Dünya

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb

Aprelin 29-na Rusiyanın beynəlxalq ehtiyatları 593,1 milyard dollar təşkil edib. Bu barədə Rusiya Bankı məlumat verib. Aprelin 22-nə beynəlxalq ehtiyatlar 607,1 milyard dollar təşkil edirdi ki, bu da bir həftə ərzində 14 milyard dollar və ya 2,3% azaldığının göstəricisidir. Requlyatorun sözlərinə görə, ehtiyatlar əsasən mənfi yenidənqiymətləndirmə nəticəsində azalıb. Keçən həftə isə ehtiyatlarda 4 milyard dollar azalma […]

Dünya

ABŞ-ın Moskvadakı səfirliyi amerikalıları kütləvi tədbirlərə getməməyə çağırıb

ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb. Müvafiq mesaj cümə günü diplomatik missiyanın saytında dərc olunub. Səfirlik ötən illərdə Moskvada 9 May münasibətilə tədbirlərin çox sayda polis qüvvələrinin müşayiəti ilə keçdiyinə diqqət çəkib. “Davam edən gərginliyi nəzərə alaraq ABŞ vətəndaşları böyük ictimai yığıncaqlardan çəkinməlidirlər”, – deyə bəyanatda […]

Dünya

Ujqorod Universitetinin professoru səngərdən tələbələri üçün mühazirələr deyir

Ujqorod Milli Universitetinin professoru Fedor Şandor hazırda müdafiə batalyonunda xidmət edir. Buna baxmayaraq, o, müəllimlik fəaliyyətini yarımçıq qoymayıb və tələbələrinə birbaşa səngərdən mühazirələr oxuyur. Bu barədə “Facebook” hesabında Viktor Şadey məlumat verib və müvafiq fotonu dərc edib. “Döyüş növbələri arasındakı fasilə zamanı UjMU professoru Fedor Şandor tələbələrinə “Turizm tədqiqatları” üzrə mühazirə oxuyur. Şandor daim hərəkətdədir, […]

Dünya

Çenduda Ümumdünya Yay Universiadası yeni koronavirus dalğasına görə təxirə salınıb

Çenduda (Çin) 2022-ci il iyunun 26-dan iyulun 7-dək keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadası bir il müddətinə təxirə salınıb. Yarış təşkilatçılarının bu qərarına səbəb son aylarda Çində ortaya çıxan yeni növ koronavirusdur. “Çenduda 2021-ci il Universiadasının təxirə salınması qərarı asan deyildi, lakin bu, idmançılar üçün ən düzgün qərardır. Onların rifahı həmişə bizim bir nömrəli prioritetimizdir. […]

Cəmiyyət

Bakıda yeniyetmə qız özünü binadan atdı – VİDEO

Nərimanov rayonunda intihar hadisəsi baş verib. APA-nın əldə etdiyi xəbərə görə, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Həmin ərazidə yaşayan Ayla adlı 17 yaşlı qız özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Ayla 11-ci sinif şagirdi olub. Faktla bağlı araşdırma başlayıb. Xeberal.az

Dünya

Rusiya hökuməti repçi Morqenşterni xarici agentlərin siyahısına saldı

Rusiya Ədliyyə Nazirliyi xarici agent funksiyaları daşıyan şəxslərin və KİV-lərin siyahısını genişləndirib. Müvafiq siyahı agentliyin saytında yerləşdirilib. Beləliklə, Yevgeni Kiselev, Matvey Qanapolski, Leonid Volkov və Vladimir Kara-Murza Ukraynadan maliyyələşdirilən siyasi fəaliyyətləri həyata keçirmək üçün fiziki şəxslər –  xarici agentlər kimi qəbul olunublar. Reper Alişer Morqenştern də siyasi fəaliyyətlə məşğul olmaqda ittiham olunub və maliyyə mənbəyi kimi […]

Cəmiyyət

Abşerondakı uşaq bağçasında nə baş verir? – VİDEO

Abşeron rayonunun Novxanı kəndində bir qrup valideyn 13 sayılı körpələr evi, uşaq bağçasından şikayətçidir.  Valideynlər bildirirlər ki, bağçanın kamera sistemi yoxdur, uşaqlara verilən gündəlik qidalar onları narahat edir.  Üç övladı bu bağçaya gedən Simuzər Quliyeva deyir ki, birinci övladını bağçaya yazdırarkən 100 manat, digər iki övladında isə 50 manat pul ödəyib. Hər ay isə hər […]