Dünya

Boris Conson Zelenskinin pencəyini 90 min funta satdı – FOTO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenskinin geydiyi xaki rəngli gödəkçə “Christie’s” hərracında 90 min funt-sterlinqə (188,8 min manat) satılıb.

Hərraca rəhbərlik edən Böyük Britaniyanın Baş naziri Boris Conson Zelenskini “zəmanəmizin ən heyrətamiz liderlərindən biri” adlandırıb.

“Cənab Zelenskinin Ukrayna prezidenti olması Rusiya Prezidenti Vladimir Putin üçün fəlakət, lakin Ukrayna və dünya üçün xeyirdir”, – deyə hökumət başçısı vurğulayıb.

Məlumata görə, arzu edənlər Ukrayna ilə bağlı bir sıra başqa əşyalar da ala bilərlər. Məsələn, hərracdakı lotlar arasında Ukrayna prezidenti ilə Kiyevdə gəzinti zamanı Consona hədiyyə edilmiş xoruz formasında küp də var.

Mənbə: The Daily Telegraph

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir