Cəmiyyət

BQXK azad edilmiş ərazilərdə 346 əməliyyat aparıb

“2021-ci ildə Bəynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb”. Oxu.Az-ın məlumatına görə, bu barədə Komitənin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.  Bildirilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə […]

Dünya

Koronavirus korluğa səbəb ola bilər – HƏKİMDƏN AÇIQLAMA

Koronavirus zamanı görmə sinirinin zədələnməsi nəticəsində insan tamamilə kor ola bilər. Rusiyalı terapevt, pulmonoloq, ftiziatr Svetlana Bojko bu barədə danışıb: “Ciddi təhlükəni mərkəzi damarların trombozu və mərkəzi retinal arteriyalarının tıxanması təşkil edir. Bu cür təzahürlər koronavirusun sistemik trombotik ağırlaşmaları ilə əlaqədardır”. Onun sözlərinə görə, görmə qabiliyyəti bərpa olunmaya bilər. Bu, əsasən görmə aparatında üzvi dəyişikliklərin […]

Cəmiyyət

Sumqayıtda zavodda partlayış: Ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb. Bildirilib ki, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən, 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq […]

Dünya

Ancelina Coli ukraynalı uşağın hədiyyəsindən danışdı: “Raket parçası olduğunu bilməyib” – FOTO

Bir neçə gün öncə Ukraynada olan Hollivud aktrisası və BMT-nin qaçqınlar üzrə xüsusi nümayəndəsi Ancelina Coli Rusiya raketinin fraqmentini nümayiş edib. Ulduzun sözlərinə görə, bu, balaca bir qızın hədiyyəsidir. “Bir neçə gün əvvəl Lvovda olarkən mənə balaca bir qızın tapdığı “xüsusi daş”ı göstərdilər. Onu tapan uşaq oynadığı daşın əslində raket parçası olduğunu başa düşməyib”, – […]

Dünya

Yaponiya Rusiya neftinin idxalını dərhal dayandırmamağa qərar verib

Tokionun mümkün sanksiyalar üzrə Rusiya neftinin idxalını dərhal dayandırmaq niyyətində deyil. Bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda ABŞ-a səfəri çərçivəsində açıqlama verib. “Yaponiyanın resursları hazırda məhduddur, bizə digər ölkələrlə dərhal eyni cərgədə durmaq çətin olacaq”, – deyə nazir bildirib. Haqiuda həmçinin ABŞ hakimiyyətini mayeləşdirilmiş təbii qaz (MTQ) hasilatını artırmağa çağırıb. Bundan […]

Cəmiyyət

Tarixi Yazılıtəpədə sirli qayalar, XII əsrə aid tağvari tikilmiş üçotaqlı bina qalığı – FOTOREPORTAJ

Qobustan rayonunun ən maraqlı və sirli məkanlarından birinə, daha dəqiq desək, Yazılıtəpə qaya rəsmləri olan əraziyə gedirik. Bu ərazidə 1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər aşkarlanıb və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınıb. Cingirdağ dağı və Yazılıtəpə ərazisi Böyükdaş, Kiçikdaş dağları ilə birlikdə Respublika Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan […]

Dünya

Rusiya ordusu Dneprdə mülki avtomobilləri hədəfə aldı – ANBAAN VİDEO

Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr şəhərində mülki avtomobillərin hərəkəti üçün nəzərdə tutulan körpünü qanadlı raketlə atəşə tutub. Video yerli sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə raketin gündüz saatlarında atıldığı əks olunub. Həmin videonu təqdim edirik: Mənbə: Nexta Live Xeberal.az

Dünya

Məşhur narkobaron ABŞ-a ekstradisiya edilib – FOTO

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan, dünyanın ən nəhəng narkotik dövriyyəsini həyata keçirən “Klan del Golfo” (“Körfəzin Kralı”) klanının “Otoniel” ləqəbli rəhbəri Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu barədə Kolumbiya Prezidenti İvan Duke öz “Twitter” səhifəsində məlumat verib. “Hamı bilməlidir ki, hökumətimiz narkotik terrorçularını ya həbs edir, ya ekstradisiya edir və ya məhv edir”, – […]

Dünya

Rusiyanın avtomobil holdinqi işçilərinə kartof əkmək üçün pulsuz torpaq payladı

Rusiyanın Kalininqrad avtomobil holdinqi “Avtotor” (BMW, KIA və “Hyundai” kolleksiyası olan) öz işçilərinə tərəvəz bağları üçün pulsuz 10 sot torpaq sahələri paylayıb. Bu barədə şirkətin saytında məlumat verilib. “Avtotor”un təsisçisi və rəhbəri Vladimir Şerbakov aprelin 19-da “Forbes” jurnalına müsahibəsində deyib: “Bizim insanlara kömək etmək üçün öz aqrobiznesimiz də var, onlara tərəvəz bağları üçün təxminən 300 hektar ayrılıb”. […]