Dünya

“Ford” Ukraynaya yardım məqsədilə əlli pikap bağışladı

Amerikanın “Ford” avtomobil konserni Ukrayna hakimiyyətinə 50 pikap təhvil verib. Avtomobillər Ukraynaya Danimarkanın logistika şirkəti “Maersk” tərəfindən gətirilib. Bu barədə “Ford”un baş direktoru Cim Farli “Twitter” səhifəsində məlumat verib. Ukrayna Avtomobil İstehsalçıları Assosiasiyasından verilən məlumata görə, çox güman ki, pikaplardan ərzaq və ilkin tələbat mallarının çatdırılması üçün istifadə olunacaq. Mənbə: gazeta.ru Xeberal.az

MARAQLI

Kainat tezliklə daralmağa başlayacaq

ABŞ tədqiqatçıları bildiriblər ki, təxminən 13,8 milyard illik davamlı genişlənmədən sonra kainat tədricən daralmağa başlaya bilər və bu tezliklə baş verəcək. Onlar qaranlıq enerjinin təbiətini modelləşdirməyə çalışarkən belə nəticələrə gəliblər. Belə ki, məhz bu hipotetik enerji forması kainatın genişlənməsinə səbəb olur. Yaranan modelə görə, kainatın genişlənməsi 65 milyon ildən sonra başa çata bilər. Daha sonra milyardlarla […]

Dünya

Öldüyü zənn edilən şəxs “morq”a gedərkən dirildi – VİDEO

Çində koronavirusa görə yenidən böhran yaşanır. Şanxay şəhərində artıq xeyli müddətdir ki, sərt karantin tətbiq edilib. Şəhərin qocalar evində çəkilən videogörüntülər isə bütün ölkədə qalmaqala səbəb olub. Sosial mediada yayılan kadrlarda öldüyü zənn edilən kişinin cənazə maşınına qoyularkən hərəkət etməsi və sağ olduğunun anlaşılması əks edilib. Məlumata görə, Çin hökuməti hadisə ilə əlaqədar dörd məsul […]

Dünya

Putin mayın 9-da Ukraynaya müharibə elan etməyi planlaşdırır

CNN Qərb rəsmilərinin bəyanatlarına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər. Belə ki, bu, ona Rusiyada ümumi səfərbərlik keçirməyə və ehtiyat qüvvələrdən istifadə etməyə imkan verəcək. Kanal Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdən sitat gətirir. Bir neçə gün əvvəl LBC Radiosuna müsahibəsində o, Putinin Ukraynadakı hərbi […]

Dünya

Heroqliflər səhv düşdü, “Alibaba” 26 milyard dollar itirdi

“AliExpress”in sahibi olan texnologiya nəhəng “Alibaba”nın səhmləri kəskin şəkildə ucuzlaşıb. Buna səbəb şirkətin qurucusu Cek Ma ilə bağlı yayılan xəbərlər olub. Belə ki, iş adamının Çin Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və ona qarşı müəyyən məhdudiyyətlərin qoyulduğu bildirlib. Sonradan məlum olub  ki, söhbət digər şəxsdən gedib və onunla biznesmenin soyadı arasında yalnız heroqlif fərqi olub. Bu […]

Dünya

Dünyada suyun dövranı dəyişə bilər

Peyk məlumatları göstərir ki, Yerin su dövranında dəyişikliklər baş verir. Bu dəyişikliklər, dünya ölkələrini yağışların artması və quraqlıq ilə təhdid edir. “Scientific Reports” jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, iqlim dəyişikliyi Yerin su dövranını ciddi şəkildə pozur. Yeni peyk məlumatlarına görə, dünya miqyasında şirin sular daha da şirinləşir, duzlu sular isə daha da duzlulaşır. […]

Mədəniyyət

Azərbaycan şairinin Türkiyədə heykəli UCALDILDI – FOTO

Azərbaycan şairi Əhməd Cavadın Ankarada heykəli ucaldılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi rəsmi sosial media hesabında məlumat verib. Bildirilib ki, 5 may tarixində Ankarada yerləşən Türk Tarix Muzeyi və Parkında ucaldılan heykəlin açılış mərasimi baş tutacaq. Eləcə də, həmin gün şairin anım mərasimi də keçiriləcək. 5 Mayıs 2022 tarihinde saat 11:00’da her kesi […]

Dünya

Məşhur pilotun oğlu ilə “drift” görüntüləri – VİDEO

Yeni zelandiyalı pilot Mayk Uiddett yeniyetmə oğlu ilə “drift” edib. Özü 1000 at gücü olan “Bad Bull Mazda RX-8”in, gənc oğlu Linkoln Viddet isə 500 at gücündə mühərrikə malik “Mazda MX-5”-in sükanı arxasına keçib. “Hampton Downs Motorsport Park” Yeni Zelandiya pilotlarının iki nəslinin ailə driftləri üçün sınaq meydançası kimi seçilib. Pilotların və onların avtomobillərinin yaş fərqi yarışın əyləncəsinə təsir etməyib. […]

Cəmiyyət

Türkiyəli məşhur müğənni azərbaycanlı jurnalistə HÜCUM ETDİ – FOTO

Türkiyəli müğənni Mustafa Ceceli Bakıya səfəri zamanı “Şourum” verilişinin əməkdaşına hücum edib. Konkret.az xəbər verir ki, ifaçı hava limanında müsahibə alan müxbirin çəkilişinə imkan verməyib. Avtomobili gec gələn sənətçi əsəbiləşib. Ceceli təşkilatçıya olan qəzəbini müxbirdən çıxıb, kameraya doğru həmlə edib. Qeyd edək ki, türkiyəli müğənni “Konqres mərkəzi”ndə keçiriləcək konsert üçün Bakıya gəlib. Xeberal.az