Dünya

Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırdı

ABŞ prezidenti Co Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. “Biz tarixin dönüş nöqtəsindəyik. Əslində bu, təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir”, – o, Alabamada Ukrayna üçün “Javelin” tank əleyhinə raket kompleksləri istehsal edən zavoda səfəri zamanı deyib. “Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. […]

Dünya

Rusiya üzrə mütəxəssis NATO-nun Avropa qüvvələri komandanı oldu

ABŞ generalı Kristofer Kavoli NATO-nun Avropadakı qüvvələrinin yeni komandanı təyin edilib. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Bunadək Kavoli Amerikanın Avropa və Afrikadakı quru qüvvələrinə komandanlıq edib. O, yeni vəzifədə üç il işləmiş Tod Uoltersi əvəz edəcək. Qeyd edək ki, hərbçi Yel Universitetində Rusiya və Şərqi Avropaşünaslıq üzrə magistr dərəcəsi alıb. O, rus, italyan […]

Dünya

Dünyanın ən hündür ağacları olan meşəsi tapıldı – FOTO

Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, Kalimantan tropik meşələrində dominant ağac qrupunun ən azı dörd milyon il yaşı var Tədqiqatçılar daşlaşmış yarpaqları tədqiq edib və Cənub-Şərqi Asiyada adanın müasir mənzərəsinin Pliosen dövründə (5,3 milyondan 2,6 milyon il əvvələdək) mövcud olan mənzərəyə bənzədiyini anlayıblar. Alimlər bildiriblər ki, bu adada təxminən 270 növ dipterokarp ağacı “yaşayır” və […]

Dünya

Rusiya Qara dənizdəki hərbi dəniz bazasını qorumaq üçün delfinlərdən istifadə edir

Rusiyanın Qara dənizdəki əsas limanlarından birinin girişində xüsusi təlim keçmiş delfinlər görünüb. İddiaya görə, bu heyvanlardan Rusiyanın böyük hərbi dəniz bazasını qorumaq üçün istifadə olunur. Dəniz canlıları Rusiya donanmasını sualtı hücumlardan mühafizə edir. ABŞ Hərbi Dəniz İnstitutu Sevastopol limanı yaxınlığında bu dəniz heyvanlarını saxlamaq üçün nəzərdə tutulan iki hovuzu göstərən peyk görüntülərini araşdırdıqdan sonra bu […]

Dünya

Türkiyədə təcili yardım maşını aşdı: Beş nəfər yaralandı

Vanın Başqala rayonunda xəstələri daşıyan təcili yardım maşını idarəetmədən çıxaraq aşıb. Qəza Van – Hakkari avtomobil yolunun Gözəldərə aşırımında baş verib. Hadisəyə yolun sürüşkən olması səbəb olub. Qəzada xəstə, xəstənin həyat yoldaşı və üç tibb işçisi olmaqla beş nəfər yüngül xəsarət alıb. Yaralılar əraziyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Mənbə: ensonhaber.com Xeberal.az

Dünya

Hindistanda 25 nəfər istidən öldü

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son altı ilin ən yüksək səviyyəsinə çatıb. Məlumata görə, həddindən artıq istilər nəticəsində son həftədə 25 nəfər ölüb. Səhiyyə Nazirliyi bildirib ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 günvurma halı qeydə alınıb. Qeyd edək ki, aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa […]

Dünya

BMT TŞ Ukraynaya görə toplanacaq

BMT Təhlükəsizlik Şurası mayın 5-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Bu barədə çərşənbə axşamı yayılan Təhlükəsizlik Şurasının iş proqramında məlumat verilib. Bildirilib ki, iclasa ABŞ sədrlik edəcək. Belə ki, may ayı üzrə sədrlik funksiyasının icrası növbəsi məhz bu ölkədədir. Mənbə: TASS Xeberal.az

Dünya

Avropada “ağıllı” boltlar yaradıldı

Almaniyanın Fraunhofer İnstitutunda strukturların vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulan “ağıllı” boltlar yaradılıb. “Smart Screw Connection” boltları hissələrin birləşməsinin sıxlığına nəzarət edir və birləşmənin bərkidilməsinə ehtiyac yarandıqda dərhal internet üzərindən siqnal ötürürlər. Bunun üçün boltlar xüsusi sensorlarla təchiz edilib. Qeyd olunur ki, “ağıllı” boltlar körpülərin, külək stansiyalarının və digər infrastrukturların vəziyyətinə nəzarət etmək üçün istifadə oluna […]

Dünya

İqlim dəyişikliyi yeni pandemiyalara səbəb olacaq

Corctaun Universiteti alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupunun üzvləri bəyan ediblər ki, iqlim dəyişikliyi gələcəkdə yeni pandemiyalara səbəb ola bilər. Onların sözlərinə görə, temperatur daha da yüksəldikcə heyvanların yaşayış yerləri dəyişəcək. Vəhşi heyvanların, o cümlədən yarasaların populyasiyaları insanlara daha yaxın yaşayacaq və yeni virusların insanlara keçmə ehtimalını artıracaq. Həmçinin, heyvan qrupları öz aralarında virus mübadiləsi aparacaq […]

Dünya

Çin küçələrində sürücüsüz dezinfeksiya maşınları göründü

Dünya koronavirus pandemiyası ilə mübarizəni davam etdirir və bu mübarizənin önündə virusun ilk aşkar edildiyi Çin dayanır. Şərq ölkəsi COVID-lə mübarizədə də ilkə imza atıb. Belə ki, Quançjouda şəhər küçələrini dezinfeksiya edən sürücüsüz avtomobillər görünüb. Məlum olub ki, “WeRide” texnoloji startapı və Çin avtomobil konserni “Yutong Group” xüsusi olaraq ictimai yolların təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə […]