Siyasət

Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında bildirib. “Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, – Toivo Klaar […]

Dünya

Vahid Ələkbərov 3,09 milyard dollar itirdi

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bəri 45,484 milyard dollar azalıb. Ən çox itirən isə sərvəti təxminən 7 milyard dollar azalan “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko olub. “Bloomberg” Milyarderlər İndeksinin (BBI) məlumatları belə deməyə əsas verir. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Ümumilikdə, BBI reytinqinə dünyanın […]

Cəmiyyət

Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 […]

Kriminal

10 min manatlıq qızıl-zinət əşyalarını oğurladı və dəyərindən ucuz qiymətə satdı – FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 […]

Dünya

Gürcüstan Aİ-yə daxil olmaq üçün sorğu vərəqəsinin birinci hissəsini təqdim edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ-yə üzvlüklə bağlı doldurulmuş sorğu vərəqəsinin birinci hissəsini Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri Karl Hartzelə təhvil verib. Onun sözlərinə görə, Gürcüstan hökuməti sorğunun ikinci hissəsini mayın 13-dək Aİ-yə göndərməyi planlaşdırır. Qaribaşvili bildirib ki, hazırda ölkənin bütün dövlət qurumları sorğunun ikinci hissəsinin doldurulması üzərində intensiv işləyir. Hökumətin mətbuat xidmətindən verilən məlumata […]

İdman

Rıza Kayaalp mükafatını xəstə qızcığazın müalicəsi üçün ianə etdi – FOTO

Tanınmış türkiyəli güləşçi Rıza Kayaalp bir çoxlarına nümunə olacaq addım atıb. Belə ki, o, öncədən söz verdiyi kimi, Avropa Çempionatında əldə etdiyi nailiyyətlərə görə qazandığı 150 Cumhuriyyət qızılını SMA xəstəsi olan Eslem Fatmanın müalicəsi üçün ianə edib. Qeyd edək ki, Avropa çempionatı yarışlarına qatılmazdan əvvəl idmançı Eslem Fatma və ailəsini ziyarət edərək onlara maddi və […]

Siyasət

“Bir neçə ildən sonra Azərbaycanda təhsil daha da inkişaf edəcək” – RƏY

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi xüsusi önəm daşıyır. Bu gün Azərbaycan xalqı Ramazan bayramını qeyd edir. Belə bir əziz gündə isə insanların yanında olmaq, onları sevindirmək, qayğıları ilə maraqlanmaq həm də dinimizin təqdir etdiyi […]

Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb – FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Ağdam rayon sakini Möhübət Məmmədov rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən nəzarət qaydasına uyğun polis əməkdaşları və Daxili Qoşunların […]

Kriminal

Paytaxtda narkotik satan 15 nəfər saxlanılıb – VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılanlardan dördü Xətai rayonu ərazisində narkotik vasitələrin tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar üçün narkokuryerlik edənlər olub. Aşkar edilən bütün faktlarla əlaqədar […]

Siyasət

Leyla Əliyevadan Ramazan Bayramı təbriki – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı təbriki o öz “Instagram” profilində paylaşıb. Paylaşımı təqdim edirik:         Посмотреть эту публикацию в Instagram                       Публикация от Official page of Leyla Aliyeva (@leyla999)   Xeberal.az