Siyasət

Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib – FOTO

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. ABŞ rəhbəri təbrik paylaşımını “Twitter” hesabında edib. “Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, – Bayden sosial şəbəkə hesabında […]

Siyasət

Deputat: “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı uğurla icra olunur”

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə təhsilin inkişafını həmişə xüsusi diqqət mərkəzində saxlayıblar.  Təkcə bir faktı demək kifayətdir ki, son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, təhsil diqqətdən kənarda qalmayıb.  Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və […]

Kriminal

Qubada 35 yaşlı kişi qətlə yetirilib: Cinayət işi başlanılıb

Qubada 35 yaşlı kişi qətlə yetirilib. Quba rayon prokurorluğundan verilən məlumata görə, mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək […]

İdman

Rusiya millisi Millətlər Liqasından kənarlaşdırıldı

Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq. Xeberal.az

Dünya

Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb. Söhbət zamanı Akar Ukraynada humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini, Mariupol sakinləri başda olmaqla, dinc əhalinin təhlükəsiz şəkildə təxliyyə edilməsinin lazım olduğunu vurğulayıb. O, bir daha bəyan edib ki, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan […]

Dünya

Pentaqon: “ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”

ABŞ Ukraynadakı vəziyyəti “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir. Bunu mayın 2-də Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bəyan edib. “Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, – deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda […]

Dünya

İranda spirtli içkidən 48 nəfər zəhərlənib: Beşi ölüb, üçü kor olub

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfərin zəhərlənərək xəstəxanalara aparıldığı bildirilib. Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Fatma Nevruziyan bəyan edib ki, zəhərlənənlərdən 5 nəfər ölüb. Onun sözlərinə görə, hazırda 11 nəfərin vəziyyəti ağırdır. Həmin şəxslər reanimasiya şöbələrində müalicə olunur. Onlardan üçü ciddi görmə problemi ilə üzləşib. Bəndər Abbasın […]

Dünya

İraqdakı qum fırtınası nəticəsində 400 nəfər xəstəxanalıq oldu – VİDEO

İraqın paytaxtı Bağdada və ölkənin cənubunda güclü qum fırtınası müşahidə edilir. Yerli mətbuat yazır ki, qum fırtınası nəticəsində nəfəs darlığı çəkən 400-dən çox iraqlı xəstəxanaya yerləşdirilib. İraqın səhiyyə qurumları vətəndaşlardan küçəyə çıxarkən maska taxmaq barədə tövsiyə verib. Mənbə: “İhlas Haber Ajansı” (İHA) Xeberal.az

Siyasət

Bu gün açılışı olan Sabunçu rayonundakı yeni məktəb binasından FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sabunçu rayonunda yeni inşa olunan 304 nömrəli məktəbin açılışında iştirak ediblər. Təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Yeni inşa olunan 304 nömrəli məktəb 960 şagird yerlikdir.  Yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman […]

Dünya

İmran Xana ölüm cəzası verilə bilər

Pakistanın keçmiş baş naziri İmran Xan “küfr”də ittiham olunub. Cinayət işi Pəncab əyalət polisi tərəfindən Məhəmməd Naimin tələbi ilə Xanın özü, onun rəhbərlik etdiyi “Təhriki İnsaf” partiyasının əsas üzvləri və bir neçə keçmiş nazir də daxil olmaqla, 150 nəfərə qarşı qaldırılıb. İddiaya görə, Xan və tərəfdarları ötən cümə axşamı Səudiyyə Ərəbistanına səfəri zamanı yeni baş […]