Secme Xeberler

Deputat: “İnsanları çörəklə imtahan etmək olmaz, bu, son nəfəsdir”

Tahir Kərimli: “Çörəyin bahalaşması mənim üçün gözlənilməz oldu. Çox üzülürəm, parlamentdə də qiymətlərin ucuzlaşmasının vacibliyi barədə dəfələrlə çıxış etmişəm. Azərbaycanın 10 milyon əhalisinin taxıl tələbatı var. Dövlət bununla bağlı illərdir ki, subsidiya ayırır. Həmin subsidiyalar taxıl idxalını minimuma endirmək və əhalinin taxıl ilə təminatını yaxşılaşdırmaq məqsədi daşıyıb. Əgər ölkə bu qədər taxıl idxal edirsə, onda […]

Müsahibə

Tətildən sonra işə necə adaptasiya olmalıyıq?

Bir neçə gün istirahət etmək gərgin iş yorğunluğunun qarşılığında gözəl bir hədiyyədir. Lakin tətil günləri başa çatmaqdadır və bundan sonra iş mühitində tez-tez qarşılaşdığımız çətinliklərdən biri olan işə yenidən adaptasiya problemi ilə üzləşirik. Bəs tətildən sonrakı ilk iş günü daha  rahat keçirmək üçün  nələrə diqqət etməliyik? “Özümüzün və ya ətrafımızda olan insanların ən çox gileyləndiyi […]

Xarici siyasət

Qazaxıstanda vəziyyət kəskinləşir – Video + Fotolar

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb. Xəbəral.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Almatıda aksiya iştirakçıları polis postunu yandırıb. Mitinq iştirakçılarının sözlərinə görə, həmçinin ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinə hücum edilib.  Ölkənin teleqram kanallarının yaydığı məlumata görə, […]

Şou-Biznes

Nigar Camal Cennifer Lopezə oxşarlığı – Foto

“Səhər mərkəzi” proqramına qonaq olan sənətçi dünya ulduzu Cennifer Lopezə bənzədilməsindən danışıb. Nigar Camal xarici görünüşünə görə DNT testi etdirdiyini də bildirib: “Məni Cenniferə oxşadırlar. Bilirsiniz niyə? Çünki o “Latino” tərzli müğənnidir. Məndə də belə quruluş var. Ona görə də bizi bir-birimizə oxşadırlar. İngiltərədə olan zaman mənə deyirlər ki, “Sən argentinalısan?” Qanımda heç bir qarışıq yoxdur. […]

Hüquq

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

Xəbəral.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Xəbəral.az