Ana Səhfə

Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı

Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb. Bildirilib ki, tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanını açıb. Qeyd olunub ki, Türk Hava Yolları Gəncə-Naxçıvan marşrutu üzrə müntəzəm reyslərdə Ermənistanın hava məkanından istifadə edə biləcək. Bu, beynəlxalq tələblərə uyğun olaraq həyata keçiriləcək.

Cəmiyyət

Müəllimlərin və valideynlərin üzərinə böyük öhdəlik düşür- Təranə Paşayeva

Artıq iki ilə yaxındır ki, şagirdlər ənənəvi tədris prosesindən kənarda qalıblar. Onlar üçün həftənin 5 günü getdikləri məktəb artıq fərqli məkana çevrilib. Başqa sözlə, şagirdlərin məktəblə bağlı təsəvvürləri itib. Bəs, ənənəvi təhsilin bərpa olunması şagirdlərin psixlogiyasına necə təsir edəcək? “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva mözvu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi […]

Ölkə

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir. Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər? Mövzu ilə bağlı olaraq açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur: “Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, […]

Gündəm

Şəhidin adına tikilən bulaq niyə dağıdılıb?

Bərdə rayonunda şəhid Məhəmməd İsgəndərovun adına tikilmiş bulağın üzərindəki şəkil sındırılıb və bulaq sökülərək hansısa iş adamına satılıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən Bərdə İH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən bildirilib ki, yayılan xəbərlər əsassızdır: “Şəhid baş leytenant Məhəmməd İsgəndərovun […]

Gündəm

Rusiyada universitetə silahlı basqın edən şəxs öldürülüb

Perm Dövlət Universitetinə silahlı hücum edərək səkkiz nəfəri öldürən Timur Bekmansurov öldürülüb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlı basqını həyata keçirən şəxsi yaralayıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Artıq Rusiya Federasiyası İstintaq Komitəsi qanlı olayla əlaqədar “İki və ya daha çox adam öldürmə” maddəsi ilə cinayət işi açıb. Universitetin ərazisində […]

Hadisə

Cavid Qurbanovla görüşmək istəyən fəhlələr qapıdan qovuldu, Mətbuat xidməti sualları cavabsız qoydu

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Salyan 24 saylı Rels Qaynaqlama” idarəsi işçiləri 6 aydır əmək haqqı ala bilmirlər. Daxil olan şikayətdə işçilər iddia edirlər ki, nümayəndələri QSC-nin sədri Cavid Qurbanovla görüşmək üçün Bakıya gedib, ancaq onu qapıdan qovublar. “İşçilər kütləvi tətilə hazırlaşır” “Salyan 24 saylı Rels Qaynaqlama” idarəsinin 150-ə yaxın işçisi var. İşçilər iddia edir ki, […]

Araşdırma

Xırdalan 8 nömrəli məktəbin direktoru Xatirə Şabanova Abşeron Təhsil şöbəsinə müdir təyin olunub?-Araşdırma

Xəbəral.az xəbər verir ki, bir neçə vaxtdır, Abşeron Təhsil şöbəsinin müdiri vəzifəsinə heç bir təyinat yoxdur.Təhsil şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı işində törətdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.Əldə etdiyimiz məlumata görə artıq bu posta Xırdalan şəhər 8 nömrəli məktəbin direktoru, adı mətbuatda daima qalmaqalda olan Xatirə Şabanova təyinat alıb. Bu təyinat gizlin olsa da artıq […]

Dünya

Universitetə hücum edən 18 yaşlı tələbə imiş – Foto + Video

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub, 6 nəfər yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, insidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi güman edilir. Bildirilir ki, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir. Qeyd olunur ki, Timur Bekmansurov bu yaxınlarda sosial şəbəkələrdə […]

Təhsil

Bakıda 15 məktəbə yeni direktor TƏYİN OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub. BŞTİ-dən Modern.az-a verilən məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə […]

Siyasət

Hakimləri sevindirəcək addım – Qanuna dəyişikliyin DETALLARI

Xəbər verdiyimiz kimi, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov qanuna dəyişikliyin detallarını Modern.az-a açıqlayıb. Deputat bildirib ki, “Məhəkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsində hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən, […]