Xarici siyasət

Ərdoğan: “Qardaş Azərbaycana dəstəyimiz Türk Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi”

“Təkcə 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verdiyimiz dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərmişdir”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.

Təhsil

Emin Əmrullayev ona vəzifə verdi

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub. AzTU-dan verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb. Rektor bildirib ki, Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə […]

Xarici siyasət

XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib. XəbərAl.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd olunub. “Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın […]

Kriminal

“TikTok”da narkotik vasitələri təbliğ edən 11 nəfər saxlanıldı — VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib. DİN-dən Demokrat.az-a verilən məlumata görə, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub. Baş […]

İqtisadiyyat

Prezident Araz çayı üzərində SES tikintisinə 5 milyon manat ayırdı

Prezident İlham Əliyev “Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması məqsədilə qərara alınıb. […]

Hərbi

MN: “Gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi […]

Xarici siyasət

Avropa Şurasının prezidenti Azərbaycana gələcək

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək. “XəbərAl.az” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da Yerevana, 18-də Bakıya səfər edərək ölkənin rəhbərləri ilə görüşlər keçirəcək. Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq. İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə […]

Müharibə

Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi […]

Maqazin

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi E.R. (ad şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşğın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib. N.Fərhadoğlu “Report”a açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib. Lakin o, barəsində verilən ittihamları qəbul etmədiyini, bunun […]