MARAQLI

Yaponiyada bir salxım üzüm 13 min dollara satıldı

Yaponiyanın Kanadzava şəhərində keçirilən hərracda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm rekord qiymətə, 1,4 milyon yenə (təqribən 12,7 min ABŞ dolları) satılıb. Bu barədə “Kyodo” agentliyi xəbər verib. Bu il salxımı supermarketlər şəbəkəsinin sahibi alıb. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən […]

MDB

Avropa Şurasının prezidenti İrəvana səfər edib

Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edib. XəbərAl.az “Armenpress”ə istinadla xəbər verir ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək. Görüşdən sonra Nikol Paşinyan və Avropa Şurasının prezidenti mediaya açıqlamalar verəcəklər. Avropa Şurasının prezidenti, həmçinin, Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.

Kriminal

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX təcridxanasında saxlanılanlara baş çəkib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti Saxlanma Yeri və İstintaq Təcridxanasında başçəkmə keçirib. Bu barədə Trend-ə komitə sədri özü məlumat verib. O bildirib ki, başçəkmə zamanı təcridxanada saxlanılan şəxslərin vəziyyəti ilə maraqlanıb: “Başçəkmənin məqsədi saxlanma şəraiti, saxlanılan şəxslərlə rəftarın vəziyyəti, onların hüquqlarının təmin olunma səviyyəsi və vəziyyətin öyrənilməsi olub. […]

Asiya

Türkiyədə küçəyə Polad Həşimovun adı verildi

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun xatirəsi əbədiləşdirilib. XəbərAl.az xəbər verir ki, Bursa Bələdiyyəsinin qərarı ilə şəhər küçələrindən birinə onun adı verilib. Xatırladaq ki, general-mayor P.Həşimov ötən ilin iyul ayının 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 

İdman

“Olimpiakos” – “Neftçi” oyunu azarkeşlərlə keçiriləcək — RƏSMİ

Yunanıstanda “Olimpiakos” ilə “Neftçi” arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək. Bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib. Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: “Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki […]

AKTUAL

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

“Daha çox regional əməkdaşlığa ehtiyacımız var. Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək, öhdəmizə düşəni etməyə çalışırıq”. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Türk Şurası da ümidverici bir regional əməkdaşlıq modeli olaraq ortaya çıxıb. “İkinci Qarabağ Müharibəsindən sonra […]

Sosial

Prezident qadın şəhidimizin ailəsinə ev bağışladı — FOTO

Prezidentin mənzillə təmin etdiyi şəhid ailələri içində Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var. İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Xocəsən yaşayış kompleksində mənzillə təmin olunanların arasında Vətən Müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var. Bakupost.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri olmuş […]

Siyasət

Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir — FƏRMAN

Prezident İlham Əliyev “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, fərmanla “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq […]

Siyasət

Pakistana yeni səfir təyin edildi

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.