Şou-Biznes

Fatimə: “Dərman içib intihar etmək istədim”

Rəqqasə Fatimə Fətəliyeva birinci həyat yoldaşından şiddətə məruz qaldığı üçün boşandığını açıqlayıb. XəbərAl.az xəbər verir ki, o, bu barədə “ATV maqazin onlarla” proqramında qonaq olarkən danışıb. Fatimə qeyd edib ki, boşanan zaman bütün qohumları ondan üz döndərib: “Yaxın qadınlar var ki, ailəsində böyük problemlərlə üzləşirlər. İllərlə yaşayırlar və buna dözürlər. Onlara sual verirəm ki, niyə? Deyirlər […]

Bölgə

İsrailin Azərbaycandakı səfiri Zəngilana səfər etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunan Zəngilan rayonuna səfər edib. XəbərAl.az xəbər verir ki, diplomat “Smart City” layihəsi çərçivəsində Zəngilanda südçülük təsərrüfatının yaradılacağı əraziyə baş çəkib. “Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan bir müəssisə yaradılacaq”, – C.Dik səfərlə bağlı videomüraciətdə bildirib.

Cəmiyyət

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat – sərnişin avtobusları və metro işləyəcək. XəbərAl.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir. Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Gündəm manset

Yevlax rayon icra başçısnın mərdəkandakı evindən 16 yaşlı uşaq meyiti tapıldı

Xəzər rayonun Mərdəkan qəsəbəsi, Tağıyev küçəsində, 16 yaşlı Sənan Mansur oğlu Əsədovun meyiti aşkar olunub. XəbərAl.az-ın məlumatına görə, Sənan Əsədovun cansız bədəninin yanında ona məxsus velosiped də olub. Hadisə yerinə gələn əməliyyat-istintaq qrupunun üzvləri zəruri istintaq tədbirləri həyata keçiriblər. Meyit Xəzər Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalar başlanıb. Sənan Əsədovun […]

Hüquq

Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsinin vaxtı məlum oldu

Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə […]

Region

Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar

Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar. XəbərAl.az xəbər verir ki, bununla bağlı fotonu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşıb. O bildirib ki, Səringül və Təyyarə bacıları həyatda olduqları qədər, ölümdə də yaxın idilər: “Amma onların qəbir daşları ermənilərin qazdıqları səngərlə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını […]

Hadisə

Kəlbəcərdə baş verən faciənin təfərrüatları — Hadisə şahidləri danışır

2 gün əvvəl Kəlbəcərdə hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 2-si media işçisi olmaqla, 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən faciə baş verdi. Sıradakı xəbərimizin qəhrəmanları həmin hadisənin canlı şahidləridir. Söhbət Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyevdən gedir. Hadisə zamanı Emin Məmmədov da xəsarət […]

Ölkə

Bu gündən Azərbaycanda “Pfizer” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə “Pfizer” vaksinindən də istifadə edə biləcəklər. XəbərAl.az xəbər verir ki, vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq. Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri […]

Gündəm manset

Masazırda “Sauna” işlədən qız: “Vecimə də deyil” – FOTOLAR

Dünyanı cənginə alan COVİD-19 pandemiyası gözəgörünməz düşmən obrazında çox insanların ölümünə səbəb olur. Buna görə də hər bir dövlət maksimum dərəcədə virusa qarşı mübarizə tədbirləri həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Azərbaycanda da dövlət tərəfindən virusa qarşı mübarizə tədbirləri keçirilib və keçirilməkdədir. Bildiyiniz kimi yaranmış vəziyyətlə bağlı Nazirlər kabineti yanında yeni yaradılan Operativ Qərargah tərəfindən bir […]

Kriminal

Mübahisə zamanı gəncin başı daşa dəyərək öldü

Sumqayıtda bədbəxt hadisə baş verib. “XəbərAl.az” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb. Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma […]