Media

AzTV Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yaydı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kəlbəcərdə 4 iyun 2021-ci ildə baş vermiş hadisə ilə bağlı bəyanat yayıb. XəbərAl.az bəyanatı təqdim edir: “İşğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın bir qrup əməkdaşı çəkilişlər aparır. Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və […]

Hadisə

Kəlbəcərdə media işçilərinin həyatını itirdiyi hadisədə vəzifəli şəxs həlak oldu

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşməsi nəticəsində Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada bildirilib. […]

Kriminal

Media işçilərinin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi media işçilərinin minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb. XəbərAl.az-a daxil olan açıqlamada deyilir: Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. 4 iyun […]

İdman

“Formula 1”: Bakıdakı ilk sərbəst yürüşü Ferstappen qazandı — YENİLƏNİB

“Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb. XəbərAl.az xəbər verir ki, “Red Bull” pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub. “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns müqafiq olaraq 2-3-cü yerləri tutub. “Mercedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 7-ci yerlə kifayətlənib. Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq. […]

Hadisə

Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub — RƏSMİ

Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Televiziyası bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı birgə məlumat yayıb. XəbərAl.az xəbər verir ki, məlumatda deyilir: “İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış […]

Siyasət

Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb. XəbərAl.az xəbər verir ki, toplantı iyunun 8-də keçiriləcək. Toplantının gündəliyinə isə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” […]

Təhsil

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid etdi

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi olur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”. XəbərAl.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: “Önəmlisi odur ki, dünya elmi […]

Hadisə

Azərbaycanın iki media işçisi minaya düşərək həlak oldu — VİDEO/FOTOLAR

Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. XəbərAl.az xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb. Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir […]

Xarici siyasət

Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. XəbərAl.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji […]

AKTUAL

Azərbaycan ikinci dəfə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərdi

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. XəbərAl.az xəbər verir ki, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq. Ermənistan və […]